Dərc edildi: Baxış sayı: 487
Şvartseneqqer robotunu hazırlayan ruslardan 10 milyon istəyir
Hollivud ulduzu və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqer Rusiyanın məşhur şirkətini məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Pomobot” adlı brendin aktyordan icazəsiz onun robotunu hazırlaması olub. Şirkət əl işini Nyu-York və Las-Vegasda təşkil olunan texnologiya sərgisində nümayiş etdirib.
Elə həmin andan etibarən Şvartseneqqer 10 milyon dollarlıq təzminat üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, sözügedən robotun qiyməti 25-50 min dollar arasında dəyişir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət