Şvarseneqqer onun robot-oxşarını yaratmış Rusiya şirkətini məhkəməyə verdi
Məşhur Hollivud aktyoru və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneqqer, Rusiyanın Promobot şirkətini məhkəməyə verib.
Ens.az bildirilir ki, Şvarseneqqer robot yaratmaq üçün onun görüntüsündən istifadə etdiyinə görə Rusiya firmasından narazılığını ifadə edib. Kaliforniyanın keçmiş qubernatoru təşkilata 10 milyon dollar təzminat ödətmək niyyətindədir.
Məhkəmədə iddia olunur ki, Rusiya startapı öz məhsullarını reklam etmək üçün aktyorun imicinə dəfələrlə istinad edib. Bundan əvvəl Şvarseneqqer-in nümayəndələri onun simasının əks olunduğu robotun istifadəsini dayandırmağı tələb etmişdilər. Buna baxmayaraq, bu ilin fevral ayında Promobot Nyu Yorkdakı oyuncaq sərgisində yenə Hollivud ulduzunun oxşarını nümayiş etdirib.
Robot aktyorun görünüşünü tamamilə təqlid edir. Gözlərini, qaşlarını, boynunu və dodaqlarını hərəkət etdirir. Bundan əlavə, android sistemi onun insanlarla söhbətinə dəstək ola bilir və insanın mikro-üz ifadələrinin 600-dən çox variantını çoxalda bilər.
Mənbə: moika78.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət