Slimfit
  1. AVTO VƏ MOTO

SUZUKI MOTOR CORPORATION

SUZUKI MOTOR CORPORATION
Sakura

SUZUKI MOTOR CORPORATION HAQQINDA

Suzuki Motor Corporation (yap. スズキ株式会社 sudzuki kabusikiqaysya, TYO: 7269) - yapon maşınqayırma şirkətidir. Mənzil - qərargahı - Şidzuoka əyalətinin Hamamatsu şəhərindədir.

TARİXİ

1909-cu ildə Mitio Sudzuki tərəfindən qurulmuşdur. Şirkət, toxuculuq dəzgahları, motovelosipedlər və motosikletlərin istehsalı ilə fəaliyyətə başlamışdır, Suzuki Loom Works kimi yaradılmışdır. 1930-cu illərdə Yaponiyada avtomobilə olan tələbat kəskin şəkildə artdı və 1937-ci ildə Mitio Sudzukinin işçiləri azlitrajlı avtomobil layihəsinə başladılar. Bir neçə prototip yaratdıqdan sonra proqram II Dünya Müharibəsinin başlanğıcı səbəbindən məhdudlaşdırıldı.

Müharibə qurtardıqdan sonra Suzuki yenidən avtomobil sənayesinə müraciət etdi. Nəticədə Power Free adlı ikivuruşlu, 36 kub.sm mühərriklə təchiz olunmuş motorlu velosiped yaradıldı. Üstünlüyü Two-sprocket sistem mexanizminin olmasında idi, hansı ki, pedalların köməyi ilə mühərrikə yardım etməyi və ya pedalları ayırmaq və yalnız mühərrikin köməyi ilə hərəkət etməyə imkan verən bir mexanizm idi.

1954-cü ildə şirkət Suzuki Motor Co., Ltd. adını aldı, o zaman ayda təxminən 6 min motosiklet və moped istehsal edirdi. Bir il sonra, müstəqil ön və arxa asqılı, önötürücü, azlitrajlı Suzulight avtomobilinin istehsalı başladı. 1962-ci ildə ABŞ-a motosikletlərin ixracı başladı, eyni zamanda zavod komandası Moto GP seriyasının ilk qalibi oldu. 1982-ci ildə konsern dünyada ilk dəfə olaraq moto hər yerdə gedən - QuadRunner LT125 modelini buraxdı.

1967-ci ildə şirkət Taylandda ilk xarici zavodunu açdı, 1982-ci ildə Hindistanda fəaliyyətə başladı. 2008-ci ildə Suzuki şirkəti Hindistan şirkəti olan Maruti Udyog şirkəti yerli avtomobil bazarının 50% -nə sahibdir.

1967-ci ildə konsern ailənin ilk azlitrajlı nəsli - Fronte, Alto, Cervo-nun istehsalına başladı, 1983-cü ildə daha yüksək sinif modeli - Swift/Cultus yarandı. ABŞ-a ixrac 1985-ci ildə başladı. 1988-ci ildə Vitara krossoverinin istehsalı başladı.

70-ci illərin sonu orijinal tam ötürücülü, həcmi 539 və 797 kub.sm həcmli, 3 silindrli mühərrik ilə təchiz olunmuş Jimny mikroavtomobilnin yaranması ilə yadda qaldı. Jimny-nin "SJ410" seriyasının təkmilləşdirilmiş versiyası 1981-ci ildə təqdim edilmişdir. Avtomobil bir çox ölkələrə bir neçə il ixrac edilmişdir.

1977-ci ildə Suzuki motorlu qayıqlar üçün mühərriklərin istehsalına başladı. Fəaliyyəti boyunca, Suzuki bir sıra texnoloji naliyyətlər təqdim etdi: mühərrikin optimal iş rejimini təmin edən kompüter idarə edilməsi. Suzuki - dəniz mühərrikləri üçün üç illik zəmanət verən ilk şirkətdir.

1981-ci ildə ilk Alto modeli buraxıldı. Avropa bazarı üçün, avtomobil 54 at gücü, bir litrlik 4 silindrli mühərriklə təchiz olunmuşdur. Avtomobil sifarişlə beş pilləli və ya üç pilləli avtomat sürət qutusu ilə hazırlanır. 1994-cü ilin payızından etibarən bu model Hindistanda hazırlanır. Müştəri tələbini cəlb etmək üçün 5 qapılı heçbek 3 qapılı qiymətə təklif olunur.

1983-cü ildə bir litr mühərrikli Cultus (Swift) minik avtomobili bazara çıxarıldı. Swift modelinin avtomobilləri Macarıstanda Avropa bazarına Suzuki müəssisəsində buraxılır. Swift-in buraxılması əhəmiyyətli dərəcədə azaldıldı və indi yalnız 3 və 5 qapılı heçbeklər 53 at gücündə 1.0 litr həcmli mühərriklə təchiz edilmiş GLS və GC variantlarında istehsal olunur.

1985-ci ildə Suzuki ABŞ-da avtomobil xətti tətbiq edərək böyük bir sıçrayış etdi. 30 il ərzində Suzuki dünya şöhrətli kiçik avtomobil istehsalçısı kimi Yaponiyanın nüfuzunu yaratmışdır. Suzuki Amerika bazarına 4WD Samurai tam ötürücülü transmissiya modelini təqdim etdi. Suzuki Samurai idman və praktiki nəqliyyat vasitələrini istəyən yüz minlərlə amerikalılar tərəfindən alındı.

1988-ci ildə 95 at gücü, 1.6 litr mühərrik ilə təchiz olunmuş, məşhur Suzuki modeli olan Escudo (Vitara) yarandı. ABŞ-da avtomobil Geo Tracker, Yaponiyada - Escudo kimi tanınır. Avtomobil yumşaq və ya sərt başlıqlı, üç və ya beş qapılı banla buraxılır. Həmçinin, mühərrik tipi müştərinin istəyi ilə təchiz olunan, beş qapılı Vitara Long "universal"ı istehsal olunur.

1990-cı illərdə şirkətin adının Suzuki Motor Corporation-a dəyişdirilməsi başladı. Model çeşidi yeniləndi və genişləndi: 1991-ci ildə kiçik 2 nəfərlik Cappuccino avtomobilinin istehsalı başladı.

1993-cü ildə Wagon R modelinin yaranması ilə, Misirdə istehsal və satışın başlanğıcı oldu, Macarıstanda zavodun açılması, Çində birgə müəssisə açmaq üçün müqavilənin imzalanması baş verdi. 1994-cü ildə Yaponiyada istehsal edilən avtomobillərin ümumi sayı 10 milyona çatdı.

1995-ci ildə yeni modellər çıxdı - Vitara şassisi üzərində qurulmuş, subekompakt minik avtomobili Baleno, X-90 və LOVE elektrikli velosipedi. ABŞ-da Geo markası altında Metro modelinin satışı başladı.

1997-ci il - bir litrlik subkompakt avtomobil, ildə təxminən 250,000 ədəd satılan Wagon R Wide (Wagon R +) modeli yarandı. Avropada Chevrolet markası altında Metro-nun satışı başlandı. Həmin il 107-160 at gücü və 1.6-2.5 litr mühərrik ilə təchiz edilmiş Gran Vitara modelinin təqdimatı oldu.

2000-ci ildə Suzuki, ildə təxminən 1.8 milyon ədəd satış edərək, dünya avtomobil istehsalçıları arasında 12-ci yeri tutdu. 80 illik yubileyini qeyd etdikdən sonra şirkət prezidentini dəyişdi, yeni prezident Masao Toda oldu, təhsil və mədəniyyət fondunun təməlini qurdu, bazara yeni modellər çıxartdı - Wagon R Solio və Grand Escudo.

2001-ci ildə Suzuki ölçülərinə görə ən böyük avtomobili olan, 7 yerlik XL-7 yolsuzluq yeni modeli Amerika bazarına çıxarıldı. Yaponiyada 1.5 litr mühərriki olan Aerio minik avtomobili, Aerio Sedan, 1.3 litr mühərrikli, 7 yerlik Every Landy və MR Vagon mini avtomobili təqdim edildi. Şirkət avtomobillərin və motosikletlərin boyanması zamanı qurğuşunu istifadə etməkdən imtina etdi. Avtomobil məhsulları ilə yanaşı, motosikletlərin yeni modelləri də buraxılıb - böyük 1,2 litrlik GS1200SS, Amerika dəbli, 400 kublu Intruder Classic, GSX1400 və s. Məlum oldu ki, Chevrolet Cruze - Suzuki və General Motors-un birgə işinin məhsuludur.

2002-ci il - Jimny Sierra modelinin, Alto Lapin mini avtomobilinin yaranması, Chevrolet Cruze-un ixracının başlanğıcı oldu.

Suzuki, toxuculuq dəzgahları hazırlayan istedadlı mühəndislərindən ibarət kiçik bir qrupdan, 170-dən çox ölkədə məhsulları istehsal edən və yayan, 15 min nəfərə yaxın bir şirkətə çevrildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR