Dərc edildi: Baxış sayı: 306
Suyun qiyməti artacaq? - RƏSMİ
“Abşeron yarımadasında 5 min kilometrdən çox yeni su xətti çəkilməlidir”.
Oxu.Az xəbər verir ki , bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb.
“Əvvəl yağış sularının idarə olunması ilə bağlı bizim səlahiyyətimiz yox idi. Artıq qurumun səlahiyyətində bu var. Ona görə bununla bağlı addımlar atılacaq”, - deyə qurum rəsmisi əlavə edib.
O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, suyun qiymətinin qaldırılması hələlik gündəmdə deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət