Dərc edildi: Baxış sayı: 614
Suyu təmizləyən yeni cihaz hazırlanıb
Məlum olduğu kimi suyu və elektrik enerjisini bir-birindən uzaq tutmaq lazımdır.
Lakin Səudiyyə Ərəbistanı araşdırmaçıları ikisi birində günəş enerjisi cihazı yaradıblar. O, günəşdən enerji alaraq suyu təmizləyir – bu, qlobal böhran probleminin həllinə kömək edə biləcək bir texnologiyadır.
Cihaz adi günəş panelindən və onun altında horizontal yerləşən bir neçə laydan ibarətdir.
Duzlu və ya çirkli suya düşən kimi günəş batareyalarından çıxan istilik bu laylardan keçərək suyun yuxarı layını qızdırır və membrandan buxar çıxır.
Beləcə təmiz su anbara yığılır və buxarlanma zamanı əmələ gələn istilik suyun növbəti hissəsini qızdırır və proses belə davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət