Slimfit
  1. CƏMİYYƏT

“Şuşalı olub Şuşanı görməmişəm”

“Şuşalı olub Şuşanı görməmişəm”
Sakura
:0

“Şuşalı olub Şuşanı görməmişəm”

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Ens.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, spiker Sahibə Qafarova Məclisi açaraq bildirib ki, bugünkü iclas həm kədərli, həm də əlamətdar hadisələrlə bir vaxtda  keçirilir: “Bu gün Şuşanın Ermənistan tərəfindən işğal edildiyi gündür. 1 milyon qaçqın və məcburi köçkünümüzün 22 mini Şuşa sakinidir. İnanırıq ki, möhtərəm Prezidentimiz rəhbərliyi ilə işğal edilmiş torpaqlarımız azad ediləcək və bölgədə uzunmüddətli sülh yaranacaq”. 

Daha sonra  parlamentdə Şuşa sakini Əsra Məmmədli çıxış edib. O çıxışında valideynlərinin, nənə-babasının Şuşada doğulduğunu bildirib: “ Amma mən təəssüf ki Şuşada doğulmamışam. Heç görməmişəm də. Sizcə, bu necə hissdir? Mən Şuşanı valideynlərimdən dinləmişəm. Bilirəm ki, məni anlayırsınız. İstəyirəm  ki, hisslərimi dünyaya çatdırasınız. Qoy duysunlar ki, şuşalı olub Şuşanı görməmişəm”.

Daha sonra spiker 9 May Qələbə günü və 10 may Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı fikirlərini bildirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR