Slimfit
  1. AZƏRBAYCANLI

Şuşada doğulub, Amerikada yaşayan azərbaycanlı İş Adamı

Şuşada doğulub, Amerikada yaşayan azərbaycanlı İş Adamı
Sakura

Şuşada doğulub, Amerikada yaşayan azərbaycanlı İş Adamı

Hansısa bir vəzifəyə yüksəlmək üçün şəhərin mərkəzində, imkanlı bir ailədə doğulmağa ehtiyac yoxdur. Sən çalışqan və əzmlisənsə, istədiyin hər şeyə nail ola bilərsən. Elə Şuşada müəllim ailəsində dünyaya gəlib, hazırda amerikada çalışan Azərbaycanlı iş adamı Pənah ibrahimov kimi. Bu gün bir Bax kanalında Şuşadan Amerikaya qədər uzanan bir gəncin uğur hekayəsi ilə tanış olacaqsınız. Diqqətiniz bizdə olsun.

 

Haqqında söhbət açdığımız Pənah İbrahimov 1985-ci ili 7 iyul tarixində Şuşa şəhərində anadan olub. Elə Orta məktəbə ilk Şuşada 4 nomreli mektebdə başlayıb. O, həmin illərdə uşaq da olsa Şuşayla bağlı xatirələrini bel xatırlayır:

Şuşa mənim ata yurdumdur və orda keçən uşaqlığımı heç vaxt unuda bilmərəm. Ordakı evimiz, ilk məktəb həyatımla bağlı xatirələr heç vaxt unutmayacağım və harda olmağımdan asılı olmayaraq məni ömrümün sonuna qədər Vətənə bağlayan doğma hisslərdir. Şuşanın gözəlliyini təsvir etməklə bitirmək mümkündürmü? Uşaq olsam da, orda keçirdiyim illərin sayı çox olmasa da, havasından, torpağından, suyundan, insanından doyulmayan bir yerdir Şuşa.  Azərbaycanın, Qarabağımızın gözbəbəyidir.

Şuşanın ermənilər tərəfindən 1992-ci ildə işğalından sonra Pənah ailəsiylə birlikdə Bakıya köçüb. O, Şuşadan Bakıya köçməklə, Bakıdan ABŞ-a köçməyi belə müqayisə edir:

“Şuşadan Bakıya köçməklə, Bakıdan ABŞ-a köçməyin çətinlikləri əlbəttə müqayisəolunmazdır. O zaman Vətənin bir tərəfindən digər tərəfinə köçürdüm. Müəyyən çətinliklərimiz olsa da buna qısa zamanda alışmaq çətin olmadı. ABŞ-a təhsil üçün gəldiyim ilk vaxtlar isə sözün əsl mənasında çox çətinliklərdən keçməli oldum və Allaha çox minnətdaram ki, o günlərdə əzmimi, səbrimi bol etdi. ABŞ kənardan, filmlərdən çox cəlbedici görünür və həqitətən də belədir. Amma buranın gündəlik həyatındakı stres, ailə institutunun bizim qavradığımız tərzdə formalaşmaması və bu mənada bizim kimi cəmiyyətlərdən gələn insanların doğmalıq axtarışında olması, tam kommersiyalaşmış bir mühitdə ətrafdakılarla daim “mübarizədə olmaq” bu ölkənin o qədər də bilinməyən və geniş kütləyə tirajlanmayan tərəfləridir”. 

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitinin Maliyye Kredit fakültəsində bakalavr təhsili alan Pənah 2009-cu ildə magistratura təhsili üün  Vaşinqtona gəlib. 2009-2011-ci illərdə Strayer Universitetində biznesin idarə edilməsi üzrə təhsil alaraq magistr dərəcəsinə (MBA) yüksəlib. 2010-cu ildə mebel və təmir tikinti işləri ilə məşğul olan iki şirkət açıb. 2013-cü ildə şirkətləri birləşdirərək "FACE" şirkətlər qrupunu yaradıb. Şirkət indiyədək Vaşinqton, Merilənd və Virciniya ştatlarında neçə-neçə 32 və 54 mənzilli 6 mərtəbəli binalar, fərdi evlər tikərək təhvil verib. Daha sonra tibbi kosmetika, lojistika ve dizayn sahelerinde yatirimlar edərək, biznes fealiyyetində yeni istehsal sahələri yaradıb. 

İki qızı var. Böyük qızı Fatimə 9, ikinci qızı Selin isə 6 yaşındadır.

Pənah Amerikada yaşamağı arzulayan gənclər üçün də öz tövsiyyələrini verib. 

“Amerikaya gələn hər hansı şəxs, bu tələbə də ola bilər, işçi miqrant da, və ya digər uzunmüddətli əsasda burda qalmağı,yaşamağı planlayan hər kəs bir şeyi bilməlidir ki, bu ölkəyə gəldikdə hər şey bir növ sıfırlanır. İnsanın əvvəlki təhsili, iş təcrübəsi, dünyagörüşü, sözün hər mənasında xarakteri təbii ki, gələcəkdə sənin cəmiyyətdə öz yerini tutmağa kömək edəcək nəsnələrdir, amma bunlar ilk dövrlərdə xüsusi əhəmiyyət kəsb etmir. Çalışqşanlıq, ağıllı qərarlar qəbul edib, ona uyğun addımlar atmaq və zamanla bir qayda olaraq, ABŞ-da arzuları, xəyalları gerçəkliyə çevirmək mümkün olur. Fikir yarana bilər ki, sadaladıqlarımla dünyanın hər yerində uğur qazanmaq olar. Əlbəttə, bu belədir. Amma ABŞ-ın iş mühiti, burdakı iqtisadi atmosfer və ümumən biznes şəraitinin inkişaf tempi, alıcılıq qabiliyyəti və s. bu kimi göstəricilər digər dövlətlərlə müqayisədə bu ölkəni daha da cəlbedici edir. Hər halda təsadüfi deyil ki, həyatımızın ən müxtəlif sahələri üzrə dünyanın ən uğurlu biznes start-upları məhz ABŞ-da yaranıb, burda inkişaf edib”.

Pənah sonda bildirir:

Vinston Cörçilin məşhur bir fikri var: “Uğur son deyil, uğursuzluq isə ölümcül deyil. Əsas olan hər iki halda davam etmək üçün cəsarətdir”. Bu mənada uğurun son zirvəsini müəyyən etmək və ya hansısa nəticəni uğursuzluq kimi qəbul etməyimiz çox nisbidir. Allahın izn verdiyi qədərilə dayanmadan çalışmaq, öz üzərində işləmək, niyyətinlə əməlini uzlaşdırıb həvəslə qolları çırmalamaya bilmək çox vacibdir. İnsanın gəncliyi, sağlamlığı onun ən böyük, heç bir sərvətə ala bilməyəcəyi sərvətdir, ən dəyərli təbii sərmayədir. Sadəcə bu imkandan düzgün istifadə etməyə çalışmaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR