Slimfit
  1. AZƏRBAYCAN

Sürüşmə zonasında son vəziyyət

Sürüşmə zonasında son vəziyyət
Sakura

Badamdardakı sürüşmə zonasında vəziyyət gərgin olaraq qalır, müsbətə doğru heç nə dəyişməyib

Badamdardakı sürüşmə zonasında vəziyyət gərgin olaraq qalır, müsbətə doğru heç nə dəyişməyib.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Badamdardakı sürüşmə ilə bağlı son durumu şərh edərkən deyib. Ə.Qaralov bildirib ki, xırda uçqunlar baş verir, o da dik qalmış müəyyən torpaq qatlarıdır:

“Dik torpaq qatları qopub öz yerini tutmalıdır. Ancaq ümumi stabillikdir. Mayaklarda elə də dəyişiklik müşahidə olunmayıb. Yağış yağsa, uçqunlar bir qədər intensiv olacaq, çünki relyef öz formasını almalıdır. Kütlə ağırlaşandan sonra uçqun təbii olaraq bir qədər çox olacaq. Bu da yağıntı ilə bağlıdır”.

Ə.Qaralov bildirib ki, hazırda vəziyyət sabit olsa da, ərazidə yaşayış təhlükəlidir:

“Biz sürüşmə başlamamışdan əvvəl öz təklifimizi vermişdik və icra orqanları da xəbərdarlıq etmişdi ki, yaşayış təhlükəlidir. Bu xəbərdarlıqdan sonra evlər boşaldıldı. Ərazidən əhalinin çıxarılması kimi işlərlə icra orqanları məşğul olur. Hazırda orada ailələrin yaşayıb-yaşamaması barədə icra orqanları məlumat verə bilər. Çünki biz müşahidələrimizi aşağıda aparırıq, yaşayış yerləri isə yuxarıdadır”.

Qeyd edək ki, oktyabrın əvvəllərindən başlayaraq Bayıl qəsəbəsi, Badamdar- 20-ci Sahəni birləşdirən yolun kənarında sürüşmə prosesi aktivləşib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR