Slimfit
  1. AVTO VƏ MOTO

Sürüşkən yolda avtomobilin idarə edilməsi qaydaları

Sürüşkən yolda avtomobilin idarə edilməsi qaydaları
Sakura

Sürüşkən yolda avtomobilin idarə edilməsi qaydaları

Ens.az xəbər verir ki, sürüşkən yol avtomobil sürərkən ən xoşagəlməz və təhlükəli vəziyyətlərdən biri sayılır.

Bir sıra təcrübəsiz sürücü belə hallarda yalnız avtomobil idarəetməsinə deyil, öz duyğularına da hakim olmaya bilər.

Bu vəziyyətdə yol qəzasına düşmə ehtimalı yüksəkdir.

Rus internet mənbələrinə əsasən, mütəxəssislər avtomobilin sürüşmə vaxtı doğru idarəetmə qaydalarını sadalayıblar.

Sürücü maşınının "oynamağa başladığını" nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. Ona görə də yağmurlu və ya qarlı havada sürücü sükan arxasında elə əyləşməlidir ki, onun kürəyi oturacağa kip sıxılmış olsun.

Bunun sayəsində sürüşməni dərhal hiss edəcək və sürücünün sonrakı hərəkətləri nəqliyyat vasitəsini nə cür idarə etməsindən asılıdır.

Belə halıarda arxa çəkən avtomobil idarə edərkən, əyləc pedalını müvəqqəti unutmalısınız. Məsələ ondadır ki, qəfil tormozlama sürüşmənin daha da artmasına səbəb olur. Eyni səbəbdən ayırıcı pedaldan da istifadə etmək lazım deyil.

Bundan əlavə, həm arxa həm qabaq çəkən avtomobil sürüşməyə başlayırsa, o halda mütəxəssislər qazı azaltmağı və sükan çarxını nəqliyyat vasitəsinin sürüşdüyü səmtə çevirməyi məsləhət görürlər.

Əgər sürüşmə bir az zəifdisə, qazı azaltmaq arxa təkərlərdə tormozlanmaya səbəb olacaq. Nəticədə sürücü idarəetmə üzərində nəzarəti geri qaytaracaqdır.

Qabaq çəkən nəqliyyat vasitəsində də əyləc və ayırıcı pedalı sıxmaq tövsiyə edilmir.

Arxa çəkən avtomobillə bağlı yeganə fərq odur ki, sürəti yavaşlatmaq lazım deyil. Əksinə, qazı artırmaq maşının müvazinətini düzəltməyə kömək edəcəkdir.

Tam çəkən nəqliyyat vasitəsini idarə edərkən yalnız əyləc və ayırıcı pedalları deyil, qaz pedalını da sürüşmədən əvvəlki vəziyyətində saxlamaq, yəni onlara ümumiyyətlə toxunmamaq lazımdır.

Sürücünün bu vəziyyətdə edə biləcəyi yeganə şey sükanın köməyi ilə avtomobili düzəltməyə çalışmaqdır.

Bundan başqa mütəxəssislər kritik vəziyyətdə sükan çarxını tam çevirməyi lazım bilmirlər. Bunun əvəzinə, maşını lazımi dönüş istiqamətində yönəltmək lazımdır.

Sürüşkən səthdə dönüş edərkən sükan çarxını ehmalla çevirərək, sonra qazı azaltmaq və daha aşağı ötürücüyə keçmək lazımdır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR