Slimfit
  1. AZƏRBAYCAN

Sürücünün söhbətə görə cəzalandırılması aradan qaldırıldı

Sürücünün söhbətə görə cəzalandırılması aradan qaldırıldı
Sakura

Sürücünün söhbətə görə cəzalandırılması aradan qaldırıldı

Azərbaycanda nəqliyyat vasitələrinin saxlanılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparma ilə bağlı icazə məhdudiyyəti ləğv edilir.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsinə (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə), 345-ci maddəsinə (2-ci bənd - banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası təyin olunma) dəyişiklik müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişiklikdə bildirilir ki, təcrübəyə əsasən, 345-ci maddədə ləğv edilməsi təklif edilən 2-ci bənd tətbiq olunmur. Bu bəndin tətbiqinə ehtiyac olmadığından çıxarılması təklif edilir. Qeyd olunur ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkarlanmasına imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

Layihə səsə qoyularaq qəbul edilib.

E.Ə.
www.oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR