Dərc edildi: Baxış sayı: 949
Sürücülük vəsiqəsi ilə bağlı yeniliklər - Kimlərdən "B1" kateqoriyası tələb olunacaq?
Nazirlər Kabinetinin sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə etdiyi dəyişikliklər bu ildən qüvvəyə minir.
ATV.az xəbər verir ki, dəyişikliyə əsasən bu ildən kvadrosikl nəqliyyat vasitəsini idarə etmək istəyən şəxslərin "B1" kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Digər dəyişikiliyə əsasən avtobus idarə etmək istəyən sürücülər isə birdəfəlik "D" kateqoriyalı sürücülük vəsiqəsi ala və ya "D1" kateqoriyası alıb kiçiktutumlu avtobus da sürə bilərlər. Dəyişikliklərdə məqsəd Azərbaycanda sürücülük vəsiqələrini Yol hərəkəti haqqında Vyana Konvensiyasının son dəyişikliklərinə uyğunlaşdırmaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət