Slimfit
  1. GÜNDƏM

Sürücülük imtahanlarını DİM keçirəcək? - Rəsmi cavab

Sürücülük imtahanlarını DİM keçirəcək? - Rəsmi cavab
Sakura
:0

Sürücülük imtahanlarını DİM keçirəcək? - Rəsmi cavab

“Sürücülük imtahanlarının keçirilməsi DİM-ə verilərsə, təbii ki, icra mexanizmləri də müəyyən olunacaq”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə sürücülük imtahanlarının DİM-ə verilməsi ilə bağlı deyilənlərə aydın gətirən zaman Lent.az-a söyləyib. Qurum rəsmisi bu kimi məsələlərin qanunvericiliklə tənzimləndiyini qeyd edib:

“Bu məsələlər qanunvericiliklə tənzimlənir. Sürücülük vəsiqəsi ilə bağlı imtahanların keçirilməsi də qanunvericilikdə qeyd olunduğu kimi aparılır. Yenidən hansı qərar qəbul ediləcəksə imtahanları da o qurum keçirəcək. Sürücülük vəsiqələrinin əldə olunması üçün təşkil olunan imtahanların DİM-ə verilməsi hələ ki, gündəmdə deyil”.

Xanlar Xanlarzadə deputat Çingiz Qənizadənin sürücülük imtahanlarının DİM tərəfindən keçirilməsinin böyük xərc tələb etməsi ilə bağlı fikrinə də aydınlıq gətirib: “Təbii ki, qanunvericilikdə bu təsdiqini taparsa ona uyğun işlər də həyata keçirilə bilər. İstənilən halda dövlət belə bir qərar verəcəksə, onun icra mexanizmləri də olacaq”.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Lent.az-a münasibət bildirib. O, hazırda belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb:

“Bu barədə bir ildən çoxdur ki, əsassız fikirlər dolaşır. Hələ ki, imtahanların yol polisindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməsi istiqamətində hər hansı işlər görülmür. Sözügedən məsələ hazırda gündəmdə deyil”.

Qeyd edək ki, bir müddət öncə hüquqşünas Ərşad Hüseynov sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılmasının daha məqsədəuyğun olduğunu bildirib. Deputat Çingiz Qənizadə isə sürücülük imtahanlarının DİM-ə verilməsinin əhali arasında narazılıq yaradacağını deyib:

“Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR