Slimfit
  1. AVTO VƏ MOTO

Sürücülərin diqqətinə: avtomobildə bunu vaxtında dəyişin, yolda qala bilərsiniz

Sürücülərin diqqətinə: avtomobildə bunu vaxtında dəyişin, yolda qala bilərsiniz
Sakura

Sürücülərin diqqətinə: avtomobildə bunu vaxtında dəyişin, yolda qala bilərsiniz

Avtomobildə yanacaq nasosu xüsusi əhəmiyyət kəsb edir. Bir çox hallarda keyfiyyətsiz yanacaq sözügedən detalda problemlər yaradır ki, bu da sürücünü yolda qoya bilər.

Avtomobildə yanacaq nasosu xüsusi əhəmiyyət kəsb edir. Bir çox hallarda keyfiyyətsiz yanacaq sözügedən detalda problemlər yaradır ki, bu da sürücünü yolda qoya bilər.

Ens.az xəbər verir ki, "MediaPost"a danışan Etibar usta deyir ki, vaxtında müdaxilə olmadıqda müxtəlif fəsadlar baş verir: "Bəzi avtomobillərdə mikro kəfkir olur ki, benzinin nasosa daxil olan hissəsində yerləşir. Əlavə elementlərin nasosa daxil olmasının qarşısını alır. Amma müəyyən müddətdən sonra bu kəfkir dolur. Nəticədə nasos yanacağı çəkə bilmir. Təbii ki, belə olan halda avtomobil hərəkətdən qalır."

Usta deyir ki, tez müdaxilə olduqda nasosun özü zərər görmür: "Yanacaq filtri, mikrofilter vaxtında dəyişdikdə nasosda problem yaranmır. Sadəcə, təmizlənir və işlək vəziyyətdə olur. Amma bunlar edilmədikdə nasosun özü yana bilər. Nəticədə sürücü daha çox xərcə düşür".

Etibar usta bildirir ki, cəmi 2-5 manata olan bu filtrlər dəfələrlə bahalı nasosu qoruyur: "Bəzən sürücülər diqqətsiz olurlar. Nəticədə daha çox ziyan görürlər. Tövsiyə olunur ki, hər yağ dəyişən zaman yanacaq filteri də dəyişilsin. Eyni zamanda vaxtaşırı benzin nasosun açıb təmizləmək, mikrofilter varsa, dəyişmək məsləhətdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR