Slimfit
  1. AVTO VƏ MOTO

Sürücülərə şad xəbər – sükan arxasında yuxulamağa imkan verməyən proqram hazırlandı

Sürücülərə şad xəbər – sükan arxasında yuxulamağa imkan verməyən proqram hazırlandı
Sakura

Sürücülərə şad xəbər – sükan arxasında yuxulamağa imkan verməyən proqram hazırlandı

Rusiyalı alimlər sükan arxasında yuxuya getməyə mane olan və təhlükə barədə xəbərdarlıq edən xüsusi tətbiq hazırlayıblar.

 

TED.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Drive Safely yuxu simptomları və diqqət azalmalarını ölçən kompleks sistemdir. Daim konsentrasiyaya kömək edir, yol şərtlərinə və istifadəçinin vəziyyətinə əsaslanaraq məsləhətlər verir.

 

Proqram Yandex Maps və ya Google Maps naviqatoru ilə paralel işləyir, mesaj və zənglərin qəbuluna mane olmur. Ön kameradan istifadə edərək, başın vəziyyəti, sürücünün gözlərinin açıqlıq dərəcəsini qiymətləndirir. Təhlükəli əlamət aşkar edildikdə isə sürücüyə xəbərdarlıq etməyə başlayır.

 

Tətbiqetmənin yaradıcılarının sözlərinə görə, hazırda oxşar sistem xüsusi infraqırmızı kamera üçün işlənilir. Əlavə cihazın maşına quraşdırılmasını tələb etməməsi və smartfonlardan istifadə proqramın özsünəməxsus xüsusiyyətlərindəndir.

 

Bundan əlavə, manevr zamanı “Drive Safely” yana baxmaq ehtiyacı haqqında istifadəçiyə xəbərdarlıq edir, avtomobilin sürət və istiqamətinin təhlilini aparır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR