Slimfit
  1. CƏMİYYƏT

Sürücülər tibbi çantaya niyə biganə yanaşırlar?

Sürücülər tibbi çantaya niyə biganə yanaşırlar?
Sakura

Sürücülər tibbi çantaya niyə biganə yanaşırlar?

Əksər sürücülərin ən biganə yanaşdığı məsələlərdən biri də avtomabilini tibbi çanta ilə təmin etməkdir. Apardığımız  sorğu əsasında məlum oldu ki, sürücülərin əksəriyyətində  tibbi çanta yoxdur. Olanlarda isə  dəmanlar vaxtı keçmiş və köhnədir.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

“Yol hərəkəti haqqında qanunda” göstərilib ki, ikitəkərli motosikletlər istisna olmaqla, bütün təkərli nəqliyyat vasitələrində dərman qutusu olmalıdır”.

Həmçinin tibbi çantadakı dərmanların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunub və dərman vasitələri eləcə də tibbi əşyaların hamısı istismara yararlı vəziyyətdə olmalıdır. Əks halda köhnə dərmanlarla tibbi

müdaxilə olunan xəsarət almış şəxsin vəziyyəti daha da ağırlaşa bilər.

Əliniyaz Ramazanov – Həkim: “Maşında saxlanılan dərmanlar isti şəraitdə saxlandığına görə tez bir zamanda keyfiyyətini itirir. Dərmanlar 20 dərəcəlik şəraitdə saxlanılmalıdır. Ona görə də həmin dərmanları tez-tez yeniləmək lazımdır”.

İnzibati qaydada tibbi çantası olmayan avtomabil sahiblərinin cərimələnməsi nəzərdə tutulsa da, yenə bu məsələyə biganə yanaşanlar çoxdur. Qanunvericilikdə bu məqam İnzibati Xətalar Məcəlləsinin 356-cı maddəsinə uyğun olaraq tənzimlənir.

Bəxtiyar Əmirli – Ekspert: “Tibb çantasının nəqliyyat vasitəsində olmamasının cəriməsi kiçik olsa da mahiyyəti çöx böyükdür. Tibbi çantanın olmamasına görə 10 manat məbləğində cərimə nəzərdə tutulur, bu səbəbdən də sürücülər buna biganə yanaşırlar. Tibbi çantanın olub-olmadığını isə nadir hallarda yoxlayırlar”.

Müvafiq qaydalara əsasən  Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz.  Həmçinin Çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR