Slimfit
  1. CƏMİYYƏT

Sürücülər idarəetməni niyə itirir?

Sürücülər idarəetməni niyə itirir?
Sakura

Sürücülər idarəetməni niyə itirir?

Bəzi hallarda avtomobil qəzalarına səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. Maraqlıdır, tez-tez eşitdiyimiz bu halın baş verməsinin səbəbləri nədir? Magistral yolda maşın sürüən sürücülər idarəetməni niyə itirir?

Məsələ ilə bağlı Modern.az-a danışan yol hərəkəti üzrə eksperti Ərşad Hüseynov sürücünün idarəetməni itirməsinin qeyri-mümkün olduğunu bildirib.

““Sürücü idarəetməni itirdi” ifadəsi əslində avtomobilin idarəetmə prosesi nöqteyi-nəzərindən yalnış ifadədir. Sürücü idarəetməni itirə bilməz. Sürücü sadəcə idarəetməni elə bir vəziyyətə gətirir ki, təbiət qanunlarına riayət etmək olmur. Publisistik baxımdan düzgün ifadə kimi işlədilsə də, elmi cəhətdən sürücünün idarəni itirməsi halı qeyri-mümkündür. Qəza hallarına səbəb idarəetməni itirmək yox, sürücünün özünün bilavasitə qəza şəraitini yaratmasıdır. Nəyə görə sürücü qəza şəraitini yaradır? Qəzaların baş verməsinin başlıca səbəbləri sürücü etinasızlığı, qeyri-peşəkarlıqdır. Biri sürət rejimini pozur, digəri sürət həddinə nəzarət etmir, başqa biri də sükan arxasında  telefonla danışır və s. Burada ikinci bir məsələ də var, yol şəraiti. Məsələn, yollar yaxşı işıqlandırılmır, belə olan halda da sürücü 5 metrlik məsafədə piyadanı görür və məcbur qalır ki, sərt dönmə manevri etsin.  Nəticədə avtomobil aşır və yaxud harasa çırpılır, adı da olur ki, sürücü idarəetməni itirdi. Bəzən də yollarda işıqforun olmaması, kəsişmələrdə görünmə məsafəsinin məhdud olması qəza ilə nəticələnir. Əksər hallarda da yol hərəkətinin təşkilindəki bu incə qüsurlar insan ölümü ilə nəticələnir. İdarəetməni itirmək anlayışı bu hallara görə düzgün və yerində işlədilmiş fikir deyil”.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR