Slimfit
  1. CƏMİYYƏT

Sürücülər bu qayda pozuntusuna görə cərimə olunmayacaq

Sürücülər bu qayda pozuntusuna görə cərimə olunmayacaq
Sakura

Sürücülər bu qayda pozuntusuna görə cərimə olunmayacaq

Karantin rejimi müddətində də nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilir. Texniki baxışa gələn sürücülər müayinə məntəqəsinə gələrək ara məsafəsini gözləməklə avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Kamran Əliyev - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Bütün Respublika üzrə Dövlət yol polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hər hansı nəqliyyat vasitəsinin sahibinin hərəkət etmək icazəsi varsa, istər icazə portalında onun haqqında məlumatın yerləşdirilməsi, istrərsə də digər xidməti fəaliyyəti ilə bağlı hərəkətinə icazə verilirsə, həmin şəxslərin nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti karantin rejimi dövrünə təsadüf edirsə, onlar rahatlıqla gedib texniki baxışdan keçə bilərlər.

Eləcə də digər rayonlarda da, sərbəst hərəkətlə bağlı məhdudiyyət qaldırılmış ərazilərdə də yaşayan nəqliyyat vasitələrinin sürücüləri də rahatlıqla nəqliyyat vasitələrini texniki baxışdan keçirə bilərlər”.

Yəni görülən tədbirlər onu deməyə əsas verir ki, sürücülərin texniki baxışdan keçə bilməmək üçün hansısa bir səbəb gətirməsinə gərək qalmır. Mövcud vəziyyətdə texniki baxış üçün şərait yaradılıb.

Kamran Əliyev - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Lakin karantin rejimi ilə əlaqədar hərəkətə xüsusi icazə alınmalı olan ərazilərdə, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonlarında yaşayan şəxslərin nəqliyyat vasitələrini texniki baxşıdan keçirmələri üçün, onlar nəzərə almalıdırlar ki, bu ərazidə yerləşən qeydiyyat, imtahan və texniki baxış şöbələri faəliyyət göstərir. Və bir avtomobilin həmin proseduru keçməsi üçün maksimum 15-20 dəqiqə tələb olunur. Yəni istənilən şəxs bu müddəti nəzərə almaqla, avtomobilini texniki baxışdan keçirə bilər”.

Bu müddət ərzində texniki baxışın keçirilməməsinə görə sürücülərin inzibati məsuliyyətə cəlb edilməməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən müvafiq göstəriş verilib və karantin rejiminin sonunadək texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin idarə edilməsinə görə heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək.

Hətta karantin rejimi bitdikdən sonra da, sürücülərə müəyyən müddət veriləcək ki, onlar texniki baxışdan keçə bilsinlər.

Qeyd edək ki, texniki baxışdan keçməyən nəqliyyat vasitəsini idarə edən sürücü üçün 50 manat cərimə nəzərdə tutulur.

Mənbə: Metbuat.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR