Slimfit
  1. AZƏRBAYCAN

Sürücülər bəzi sığorta şirkətlərindən narazıdır - Səbəb

Sürücülər bəzi sığorta şirkətlərindən narazıdır - Səbəb
Sakura

Sürücülər bəzi sığorta şirkətlərindən narazıdır - Səbəb

Son zamanlar sığorta şirkətlərinin baş verən qəzalarda tərəflərdən forma 4 arayışını tələb etməsi halları artıb.

Odur ki, sürücülər mövcud vəziyyətdən şikayətlənirlər.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər şikayətlənirlər ki, bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş qaydada sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, yol polisindən forma 4 kimi tanınan arayışı gətirməyi tələb edirlər. Ancaq ekpertlər isə bildirirlər ki, belə yanaşma sadəcə qanun pozuntusu yox, həm də sığortaçının və ya onun məsul əməkdaşının öz müştərisinə hörmətsizliyi deməkdir. Bu isə nəticədə sığorta şirkətinin imicinə öz işçisi tərəfindən vurulan zərbədən başqa bir şey deyil.

Forma 4 adı ilə tanınan sənədin hansı hallarda tələb ediləcəyi ilə bağlı icbari sığortalar haqqında qanunda konkret məqamlar qeyd olunub.

Ekspert Aqşin Əlizadə bildirir ki, ehtiyac olmadığı halda sürücüdən hansısa sənədin tələb olunması ayrıca qanun pozuntusudur və məsuliyyət yaradır.

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov isə bildirir ki, ümumiyyətlə, forma 4 sənədi ləğv edilməlidir. Çünki ordakı məlumatların elektron məlumat mübadiləsi ilə əvəzlənməsi üçün imkanlar artıq var. Hazırda Dövlət Yol Polisi ilə İcbari Sığortalar Bürosunun sistemləri arasında inteqrasiya mövcuddur. Belə olan halda yol polisindən büroya məlumatları ötürmək çox asan və sürətli şəkildə həyata keçirilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR