Suriyanın Madriddəki səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirildi
Suriyanın İspaniyadakı səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirilib.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Bəşər Əsəd rejiminin dövründəki dövlət rəmzini müxalifət bayrağı əvəz edib.
Səfirliyin qarşısına toplaşanlar Əsədin devrilməsini qeyd ediblər.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət