Dərc edildi: Baxış sayı: 849
Suriyalılar Türkiyədən çıxarılır? - Nazir açıqladı
Qoruma statusu olan suriyalıların deportasiya edilməsindən söhbət belə gedə bilməz.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib. O, Türkiyədə dövlətin himayəsi altında olan miqrantlara toxunulmayacağını bildirib.
“Müvəqqəti qoruma statusuna malik heç bir suriyalının, beynəlxalq qoruma statusu ilə ölkəmizdə olan heç bir əcnəbinin və ya yaşayış icazəsi olan hər hansı bir şəxsin deportasiya edilməsi mümkün deyil", - o bildirib.
Soylu bu ilin əvvəlindən indiyə qədər Suriyadan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 165 min miqrantın saxlanıldığını, bu rəqəmin ilin sonuna qədər 300 mini keçəcəyini söyləyib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət