Slimfit
  1. DÜNYA

Suriyada yol xəritəsi - Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyinin təmini - Şərh

Suriyada yol xəritəsi - Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyinin təmini - Şərh
Sakura

Suriyada yol xəritəsi - Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyinin təmini - Şərh

Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik bölgəsinin yaranmasına nail oldu. Düzdür, bu çox həssas məsələdir. Əlində silah olan terrorçu qruplaşmanın bircins olmaması, onun bir mərkəzdən idarə edilmədiyi ehtimalı hadisələrin yenidən başlaya biləcəyini ehtimal etməyə əsas verir. Ən vacibi isə Suriyada hakimiyyət boşluğu var. Rəsmi Dəməşq ölkə ərazisinə tam nəzarət etmir. Başqa sözlə, Suriyada təhlükəsizlik məsələlərinə daha çox xarici qüvvələr təminat verir. Elə məsələnin həssaslığı da buradan qaynaqlanır. Ona görə də Suriyadan qonşulara təhdidin qarşısının alınması üçün, ilk növbədə, hakimiyyət məsələsinin həlli vacibdir. Bunu üçün ölkənin yeni konstitusiyaya ehtiyacı var. Qeyd edək ki, oktyabrın 30-da bununla bağlı Cenevrədə toplantı keçiriləcək.

Heç şübhəsiz, Suriyanın gələcəyinin təmin olunması, dünyanın siyasi xəritəsində qalması üçün bölgə dövlətləri, aparıcı güclərin təminat verməsi əsasdır. Bu tərəflər arasında fikir və fəaliyyət ayrılığı Suriyada yeni proseslərin başlanmasına, deməli, hadisələrin qızışmasına səbəb ola bilər

Beləliklə, Suriyada pozuculuq fəaliyyəti göstərən terrorçu İŞİD qruplaşmasının məhv edildiyi elan olunduqdan sonra diqqət PKK-dadır. Bu qruplaşmanın, yaxud onun müxtəlif adlar altında fəaliyyət göstərən silahlıları özlərini necə aparacaq? ABŞ-la Türkiyə arasında əldə edilən razılaşmaya əsasən, terrorçu PKK/YPG-PYD qruplaşması 120 saat ərzində Suriya-Türkiyə sərhədindən 32 km dərinlikdə 444 km uzunluğundakı ərazidən çıxarılmalı idi. ABŞ rəsmiləri terrorçu qruplaşmanın həmin bölgədən çıxarıldığını bildirib. Bu, ABŞ-ın Türkiyə ilə əldə etdiyi 13 maddəlik razılaşmanın yerinə yetirilməsi qənaətinə gəlməyə əsas verir. Rusiya isə bəyan edib ki, terrorçular bəhs edilən bölgədən çıxmazsa, Türkiyə Silahlı Qüvvələri onları əzəcək. Bu istiqamətdə Türkiyə ilə Rusiya arasında da oktyabrın 22-də Soçidə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasındakı görüşdən sonra 10 maddəlik razılaşma qəbul edilib. Onların başçılıq etdiyi nümayəndə heyəti arasında görüş 6 saat 20 dəqiqə sürüb. Tərəflər 1998-ci ildə Suriya ilə Türkiyə arasında qəbul edilən Adana müqaviləsi əsasında razılaşma sənədi qəbul ediblər. Həmin razılaşmada, təxminən, bu məsələlərə yer verilib: Tel Abyad və Rasulayn da daxil omaqla 32 km-lik dərinliyində mövcud “Barış pınarı” əməliyyatı çərçivəsində status-kvo mühafizə ediləcək, Menbiç və Tel Rıfatdan bütün YPG ünsürləri silahları ilə birlikdə çıxarılacaq, terrorçu ünsürlərin sızmalarının qarşısının alınmasını təmin etmək üçün lazım olan tədbirlər görüləcək, qaçqınların təhlükəsiz, könüllü dönüşlərini asanlaşdırmaq məqsədilə ortaq fəaliyyət göstriləcək. Bu maddələrin həyata keçirilməsi üçün fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulub 

Yeri gəlmişkən, ABŞ-la razılaşmada terrorçuların 120 saat ərzində təhlükəsizlik bölgəsindən çıxarılması nəzərdə tutulmuşdusa, Soçi görüşündə bu möhlət 150 saata çatdırılıb. Türkiyə Rusiya liderlərinin sammitində Suriyanın ərazi bütövlüyü vurğulanıb. Terrorçular aktivləşəcəyi halda, ABŞ və Rusiya Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı bərpa edəcəyini dəstəkləyəcək. Türkiyə Milli Müdafiə Nazirliyi “Barış pınarı” (“Sülh bulağı”) antiterror əməliyyatının başlamasına ehtiyaca qalmadığına dair açıqlama yayıb. Bildirilib ki, terrorçu PKK/YPG-PYD qruplaşması ünsürləri Türkiyə-Suriya sərhədlərindən 30 km xaricə çıxarılıb: “2019-cu il oktyabrın 17-də Fərat çayının şərqi ilə bağlı Türkiyə və ABŞ arasında müzakirələr aparılıb. Bu danışıqlar nəticəsində “Barış pınarı” antiterror əməliyyatına 120 saat ara verilib. Bu günədək müzakirələr nəticəsində əldə edilən razılaşmanın yerinə yetirilməsinə lazım olan həssaslıq göstərilib. Prosesin sonunda ABŞ tərəfindən PKK/YPG-PYD-nin bölgədən çəkilməsinin başa çatdığı bildirilib. 2019-cu il oktyabrın 22-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında aparılan müzakirə çərçivəsində oktyabrın 23-dən etibarən Rusiya ilə birgə fəaliyyətə başlanılacaq. “Barış pınarı” çərçivəsində sərhədlərimizin təhlükəsizliyi və PKK/YPG-PYD terror qruplaşması ünsürlərinin 30 km xaricinə çıxarılmasına yönəlik əsasları da ehtiva edən müzakirələr çərçivəsində mövcud əməliyyat ərazi xaricində yeni bir hərəkat keçirməyə ehtiyac qalmayıb. Türkiyə sərhədlərinin cənubunda terror dəhlizinin yaranmasına heç vaxt icazə verməyəcək və terrora qarşı mübarizəmiz qətiyyətlə davam edəcək”.

Nəhayət, İŞİD-in məhv edilməsindən sonra terrorçu PKK-nın fəaliyyətinin qarşısının alınması Suriyaya əmin-amanlığın gələcəyini ehtimal etməyə əsas verir. Suriyada vəziyyəti qarışdıran, Türkiyənin ərazi bütövlüyünü təhlükə qarşısına atanlar indi yaratdıqları problemin həlli ilə məşğul olmağa başlayacaq. Yaxın aylarda bu ərəb respublikasında yeni, müsbətə doğru hadisələrin baş verəcəyini ehtimal etmək olar. Dəməşqdəki rejimin başçısı Bəşşar Əsəd ölkəyə nəzarəti itirdiyi üçün ölkədə əsas söz sahibi rolunda qarant dövlətlər çıxış edir. ABŞ Prezidenti Donald Tramp Suriya və Türkiyə ilə bağlı vəziyyətin inkişafını yaxşı xəbər adlandırıb: “Göründüyü kimi, Türkiyə, Suriya və Yaxın Şərq üzrə yaxşı xəbərlər gəlir. Gələcəkdə yeni xəbərlər olacaq”. Bu prosesdə İsrailin istəklərinin təmin edilməməsi perspektivdə yeni problemlərin yaranacağını ehtimal etməyə əsas verir. Yəhudi dövlətini narahat edən nədir? Heç şübhəsiz, İranın Suriyada mövcudluğu. İranın bu ölkədə mövcudluğunu isə Bəşşar Əsəd təmin edib. Ona görə İsrailin də marağının təmin olunması üçün ölkədə hakimiyyət dəyişdirilməlidir. Ehtimal etmək olar ki, Suriyadakı əsədxaric siyasi qüvvələrin, ABŞ, Rusiya, Türkiyə və İranın iştirakı ilə bu proses də həyata keçə bilər. Bu isə Suriyada xarici silahlı qüvvələrin iştirakının azalmasına səbəb olar. Suriyanın yeni siyasi xəritəsi isə yeni konstitusiya ilə müəyyənləşəcək. Yeni əsas qanun qarant dövlətləri və ölkədəki siyasi qüvvələri də təmin etməlidir. Əks halda, bölgədə nəzərdə tutulan demokratikləşmə prosesi mümkün olmayacaq. Suriya regional təhlükəsizliyi yenə təhdid edəcək. Yaxın zamanda ərəb respublikasında vəziyyətin İraqdakı indiki duruma oxşayacağını ehtimal etmək mümkündür.

Beləliklə, təminatçı dövlətlər Suriya üçün yeni yol xəritəsi çəkdi. İlkin mərhələdə Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi həll olunmuş sayılır. Məsələnin davamının noyabrın 13-də ABŞ-da Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə ediləcəyi planlaşdırılır. Növbəti mərhələ Suriyanın yeni konstitusiyasının qəbul edilməsidir. Əsas qanun qəbul edildikdən və həyata keçdikdən sonra bu respublikada vəziyyət normallaşmağa doğru inkişaf edə bilər. ABŞ-ın irəli sürdüyü “Böyük Yaxın Şərq layihəsi” üzrə hələ növbədə yeni-yeni dövlətlər var. Suriya qızılcasının ən çətin dövrünü başa vurur. Növbə kimindir? Hansı dövlətin qapısı döyüləcək? Bölgədə daha qəddar rejim hansıdır? Hər halda layihənin icrası davam edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR