Dərc edildi: Baxış sayı: 443
Suriyada 4 Türkiyə əsgəri şəhid olub, 9-u yaralanıb
Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır.
Türkiyə hərbçiləri cavab atəşi açıb.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, türk hərbçiləri İdlibdə döyüşlərin qarşısını almaq məqsədilə göndərilib: “Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən güclü top atəşinə tutulublar.
Bölgədə təyin edilən hədəflər dərhal cavab atəşinə tutularaq məhv edilib. Hazırda vəziyyət nəzarət altındadır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət