Slimfit
  1. DÜNYA

Suriya pis vəziyyətdədir - BMT

Suriya pis vəziyyətdədir - BMT
Sakura

Suriya pis vəziyyətdədir - BMT

Suriya hazırda silahlı münaqişə başlayandan bəri ən pis vəziyyətdədir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen bildirib.

"Suriyadakı vəziyyət indi ən pisdir. Münaqişə 13 ildir davam edir və vəziyyət heç vaxt indiki qədər pis olmayıb. Xüsusilə də söhbət iqtisadiyyatdan gedir", - o deyib.

Pedersenin sözlərinə görə, ölkədə 17 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. O, həmçinin qeyd edib ki, Fələstin-İsrail münaqişəsi təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərir. Pedersen Suriyanın “siyasi cəbhədə irəliləyişə ehtiyacı olduğunu” vurğulayıb.

Qeyd edək ki, 2011-ci il martın 15-də Suriyanın bəzi şəhərlərində 2000-ci ildən ölkəni idarə edən Bəşər Əsədə qarşı kütləvi etirazlar başlayıb. Bu hadisələr rəsmi hakimiyyətlə daxili müxalifət arasında qarşıdurmanın başlanğıcı oldu və tezliklə beynəlxalq qüvvələrin iştirakı ilə münaqişəyə çevrildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR