Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sürətli kökəlməyə səbəb nədir?

Sürətli kökəlməyə səbəb nədir?
Sakura

Sürətli kökəlməyə səbəb nədir?

Köklük ümumi bir bəladır. Az hərəkətli həyat tərzi yaşayanlar digərlərinə nisbətən kökəlməyə daha çox meyilli olur. Ümumi hesablamalara görə, Azərbaycanda artıq çəkidən əziyyət çəkənlərin say göstəricisi ilbəil sürətlə artmaqdadır. Əsas səbəblərdən biri də yemək rasionu ilə aktivlik rasionu arasında ciddi ziddiyyətlərin olmasıdır.

"Ölkə.Az" bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Cavid İmamoğlu (sosioloq): "Bir oturuma Azərbaycan kişisi 2 kq ət yeyə bilir və bunu da özünə fəxr bilir. Bizim arxitipimizdə Koroğlu, Nəbi anlayışları var ki, onlar bir oturuma bir inəyi yeyərmişlər, amma hal-hazırda Azərbaycan reallığında biz başa düşmürük ki, onlar yeyib gedib at çapıblar, güləşiblər. Biz yeyib gəlib otururuq kompüterin qabağında".

Dietoloqlar hesab edirlər ki, köklüyə səbəb olan tək amil çox yemək yemək deyil.

Leyla Zülfüqarlı (dietoloq): "Şəkərli deabetə bağlı olan köklük var, sosial-psixoloji amillərə söykənən, xüsusilə xanımların köklük səbəbidir. Çox gec saatlarında yatırlar, yəni rahat 1-dən sonra yatırlar ki, bu da köklüyə səbəb olan ciddi faktorlardandır".

Qidalanma zamanı hərəkət etmədikdə daxil olan enerji ilə xaric olan enerji arasında balans pozulur. Belə olan halda artıq qalan kalorilər piy şəklində bədənə toplanır ki, bu da ürək-damar, qaraciyər, skleroz kimi bir çox xəstəliklərin yaranmasına səbəb ola bilir.

Şəhər sakinləri kökəlmənin səbəblərini belə izah edirlər:

Sakin: "Çörəyə vurulan köpürtmələr, toyuğa vurulan şişirtmələr. Əlbəttə, onlardandır".

 

 

Sakin: "Yatmaq, işləyən adam heç vaxt kökələ bilməz".

Sakin: "Stressdir, stressdən kökəlirlər".

Leyla Zülfüqarlı (dietoloq): "1.80 boyunda bir insan 70 kq ola bilər, bu, onun üçün arzuolunandır, onun bədən vücud xətti var. 1.50 boyunda olan insan üçün kiloqramlar 45 kq, 47 kq, 48 kq arzuolunandır. Çünki kiçik boylu xanımların yağ depolama xüsusiyyəti daha çoxdur. Rasionlarında az porsiyalarla tez-tez yeməyi çoxaltsınlar. Günlük fiziki aktivlik, təbii ki, inkar olunmur, bu, mütləq çox olmalıdır. Çay deyil də su içsinlər".

Cavid İmamoğlu (sosioloq): "Məktəblərdə bağçalarda, hətta deyərdim ki, poliklinikalarda belə bununla bağlı seminarlar keçirilməlidir ki, insanlara düzgün qidalanma və düzgün yaşamağın yollarını öyrətsin".

Bir sözlə, sağlam həyat tərzi və dügün qidalanma insanı kökəlmə və piylənmədən qurtaran əsas şərtdir. Odur ki, bu gün nə yediyimizə diqqət edib, aktiv həyat tərzi keçirək ki, gələcəkdə onun fəsadları həyatımızı məhv etməsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR