Dərc edildi: Baxış sayı: 668
Super Liqa tarixində ilk – Qadın prezident seçildi
Türkiyənin “Kayserispor” klubuna yeni prezident seçilib.
“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin sabiq prezidenti Həmdi Əlcuman noyabrın 30-da keçirilməsi nəzərdə tutulan seçkilər öncəsi vəzifəsindən istefa verib.
Klubun idarə heyətinin qərarı ilə H.Əlcumanın yerinə qadın namizəd Berna Gözbaşı gəlib.
Daha öncə, “Kayserispor”da müxtəlif vəzifələrdə çalışan Gözbaşı ilk qadın klub prezidenti kimi Super Liqa tarixinə düşməyi bacarıb.
Qeyd edək ki, "Kayserispor" 11 turdan sonra 7 xalla sonuncu - 18-ci pillədədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət