Dərc edildi: Baxış sayı: 443
Süni tənəffüs cihazında olan xəstələrin sayı azaldı
Azərbaycanda koronavirusla bağlı 4 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Ens.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, son sutkada koronavirusa görə 6409 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 751 min 246-ya çatıb.
Reanimasiyada olan xəstə sayı 255, süni tənəffüs cihazında olan xəstə sayı 51 nəfərdir.
Hazırkı dövrədək ölkəmizdə 32 min 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 28 min 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib. Aktiv xəstə sayı 4089 nəfərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət