Slimfit
  1. CƏMİYYƏT

Süni mayalanma reklamları ilə bağlı - Xəbərdarlıq

Süni mayalanma reklamları ilə bağlı - Xəbərdarlıq
Sakura

Süni mayalanma reklamları ilə bağlı - Xəbərdarlıq

Audiovizual Şuranın onlayn formatda növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı”na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Audiovizual Şuraya ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş audiovizual proqramlarının monitorinqi nəticəsində bir sıra televiziya redaksiyalarının efirində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktı qeydə alınıb.

Belə ki, 25 aprel, 26 aprel və 27 aprel 2023-cü il tarixlərində “Xəzər TV”, 28 mart, 04 aprel və 26 aprel 2023-cü il tarixlərində ATV, 28 mart 2023-cü il tarixində ARB, 10 mart 2023-cü il tarixində “Dünya TV” televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilməsi halları aşkarlanıb.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Xəzər TV” MMC-yə, “Azad Azərbaycan” Müstəqil Tele-radio Kompaniyasına, “ARB 24” MMC-yə, “Dünya” Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR