Slimfit
  1. TEXNOLOGİYA

Süni intellektin atası "google"dan buna görə istefa verdi: gələcəkdəki təhlükələr...

Süni intellektin atası "google"dan buna görə istefa verdi: gələcəkdəki təhlükələr...
Sakura

Süni intellektin atası "google"dan buna görə istefa verdi: gələcəkdəki təhlükələr...

"Süni intellektin atası" olaraq xarakterizə edilən 75 yaşlı Cefry Hinton “Google”dan istefa verdiyini açıqlayıb.

Ölkə.Az “Star” qəzetinə istinadla xəbər verir ki, o, yaxın gələcəkdə süni intellektli “chatbot”ların insanlardan daha ağıllı ola biləcəyini deyib.O, süni intellekt sahəsindəki inkişafın "dəhşətli" adlandırıb və bu sahədə gördüyü işlərdən peşman olduğunu, buna görə də istefa verdiyini bildirib.

Hinton süni intellektli “chatbot”ların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrinin bəzilərinin olduqca qorxulu olduğunu ifadə edib.

“Hazırda gördüyümüz odur ki, GPT-4 insanı ümumi məlumatın həcminə görə bir insanı kölgədə qoyur, aradakı fərq getdikcə böyüyür. Mülahizə yürütməkdə o qədər də yaxşı deyil, lakin sadə mülahizələr edə bilir”,- deyə Hinton bildirib.

Hinton süni intellektin zərərli məqsədlər üçün istifadə potensialına da toxunaraq, bunun "kabus ssenarisi" olacağını qeyd edib.

“Belə nəticəyə gəldim ki, inkişaf etdirdiyimiz zəka növü bizdə olan intellektdən çox fərqlidir.

Biz bioloji sistemlərik, bunlar rəqəmsal sistemlərdir. Rəqəmsal sistemlərlə bioloji sistemlər arasındakı ən böyük fərq, onların sahib olduqları məlumatları başqa platformaya və ya robota köçürə bilmələridir”- o söyləyib.

Qeyd edək ki, C.Hintonun dərin öyrənmə və süni neyron şəbəkələri üzrə qabaqcıl tədqiqatları ChatGPT kimi mövcud süni intellekt sistemləri üçün yol açıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR