Slimfit
  1. DÜNYA

Süni intellektdə lider ölkə kimdir?

Süni intellektdə lider ölkə kimdir?
Sakura

Süni intellektdə lider ölkə kimdir?

Süni intellekt texnologiyanın, cəmiyyətin, iqtisadiyyatın, hətta siyasətin və hüququn bütün sahələrinə nüfuz edir. Zaman içində bu yeni texnologiyalar dünya iqtisadiyyatını və hərbi güc balansını dəyişdirəcəkdir. Kim süni intellektdə liderdirsə, dünyanı həmin ölkə idarə edəcəkdir.

Bu günə qədərki sərmayələrə baxıldığında ABŞ-ın aparıcı ölkə olduğunu görürük. Bunun əsas səbəbləri texnologiyanın bir çox sahəsində olduğu kimi süni zəka sahəsində də bir sıra elmi yanaşmaların bu coğrafiyadan çıxması, çox sayda təşəbbüsün ortaya atılması, texnologiya və internet nəhənglərinin süni intellekt sahəsinə girməsi kimi bir çox səbəbləri göstərmək olar. 

Çin aradakı fərqi götürmək üçün gərgin şəkildə işləməyə davam edir. Ölkədəki internet və texnologiya nəhəngləri süni intellekt sahəsində ciddi işlər görürlər. Çin dövləti həmçinin süni zəka sahəsində liderlik üçün 2030-cu ili hədəf göstərir. ABŞ və Çin arasında süni intellekt sahəsində rəqabət böyüməyə davam edir. Bu iki ölkənin liderliyini nəzərə alaraq, ardınca Aİ ölkələri, Kanada və Yaponiya kimi ölkələr gəlir. Bildiyimiz kimi, İngiltərə digər ölkələrdən bir qədər öndədir.

2030-cu ilə qədər Süni intellektin qlobal iqtisadiyyata 15,7 trilyon dollar əlavə etməsi gözlənilir.

PriciwaterhouseCoopers-ın məlumatlarına görə, 2030-cu ilə qədər süni intellektin dünya iqtisadiyyatına 15,7 trilyon dollar əlavə etməsi gözlənilir. Bu rəqəmin yarısının Çinə, dörddə birindən azının isə ABŞ-a aid olacağı təxmin edilir.

Çin 380 milyard dollarlıq “Ağıllı şəhər” qurur

Çin hökuməti 3 milyon insanı yerləşdirmək üçün ağıllı şəhər qurur. Şəhərin tikintisi üçün 380 milyard dollar xərcləmə gözlənilir. Şəhərdə məlumatların toplanması üçün infrastruktur istifadə ediləcək və yollarda tamamilə sürücüsüz nəqliyyat vasitələri olacaq. Sürücüsüz nəqliyyat vasitələri üçün avtomobil yolu inşa ediləcək və normal avtomobillərin orta sürətindən 30% daha sürətli gedəcək. Bununla da yol qəzalarında ölümlərin əhəmiyyətli dərəcədə azalması gözlənilir.

Çinin üzərində işlədiyi digər bir layihə isə Sharp Eyes-dır. Bu layihə sayəsində ölkədəki bütün canlı yayım edən kameralar bir-birləri ilə ünsiyyət içində olaraq anlıq bir şəkildə cinayətləri və nizamsızlıqları təsbit edə biləcək. Bu sistemlər kəndlərə də yayılacaq. Bəzi pilot bölgələrdəki aparılan təcrübələrdə cinayət dərəcələrində əhəmiyyətli dərəcədə azalma müşahidə edilmişdir. Bu inkişaf sayəsində yaxın zamanda süni intellekt sahəsində Çinin ABŞ-ın önünə keçməsi gözlənilir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR