Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt yüzlərlə məşhurun səsini təqlid edir

Süni intellekt yüzlərlə məşhurun səsini təqlid edir
Sakura

Məşhur psixoloq "saxtalaşdırılmış səsindən istifadəni dayandırmağı" tələb etdi

 Yeni maşın öyrənmə alqoritmi yüzdən çox məşhurun səsini təqlid edir.  Bəziləri artıq süni intellekt (Sİ) əsasında bu proqramın qadağan edilməsini tələb edirlər. Tədqiqatçılar Sİ əsasında Vocodes adlı proqram təqdim ediblər.  Bu vasitə siyasətçilər, alimlər və sənət adamları da daxil olmaqla yüzdən çox məşhurun səsini təqlid edə bilir - Donald Tramp, Barak Obama, Brayan Krenston,  Denni De Vito, İlon Mask və başqalarının.  Səsi təqlid etmək üçün istifadəçi mətni daxil etməli və səsi seçməlidir.

Ens.az  qeyd edir ki, artıq bir neçə belə proqram mövcuddur, lakin Vocodes mümkün səslərin həcminin çox olması ilə heyrətləndirir. Bununla yanaşı, onun  çatışmazlıqları da var - hər dəfə tətbiq oxuya bilmədiyi bir sözlə qarşılaşdıqda, onu buraxır. Bu sözlər arasında "Tesla" və "İlon Mask"  da var.

 Bununla belə, səslərin keyfiyyəti personajlardan asılı olaraq dəyişir.  "Yüksək keyfiyyət"  qiymətini almış səslər,  nitqi daha təbii və balanslı  şəkildə təqlid edir.  Ancaq daha aşağı keyfiyyətli səslər Windows 2000 "Text To Speech" tətbiqinə bənzəyir.

 Digər oxşar tətbiqlər kimi, Vocodes, Sİ-in gələcəyi ilə bağlı ciddi etik suallar doğurur.  Tətbiq, məşhur psixoloq Cordan Pitersonun səsini təqribən mükəmməl şəkildə təqlid edir.  Bundan sonra, o, narahatlığını dilə gətirən bir tvit yazdı və "saxtalaşdırılmış səsindən istifadəni dayandırmağı" tələb etdi.

 "Artıq maşın təlimindən necə istifadə edəcəyimizi bilirik və insanlar qanunla məlumatların sui-istifadə edilməsindən qorunur.  Neyron şəbəkələrin virtual musiqiçilər və virtual məşhurların yaranmasında böyük rol oynayacağı bizə aydın görünür.  Ancaq bu texnikaların saxtakarlıq, böhtan və sair üçün istifadə edilməsini istəmirik " deyə tətbiqin yaradıcıları bildirib.

Mənbə: hightech.fm

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR