Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt vulkan püskürmələri barədə öncədən xəbər verəcək

Süni intellekt vulkan püskürmələri barədə öncədən xəbər verəcək
Sakura

Süni intellekt vulkan püskürmələri barədə öncədən xəbər verəcək

Yer kürəsində 800 milyon insan vulkanlardan 100 km məsafədə yaşayır. Bu vulkanların yalnız kiçik bir hissəsi müşahidə altındadır.

Mövcud metodların köməyilə vulkanik fəallığı proqnozlaşdırmaq həmişə mümkün olmur. Ona görə də püskürmələr bəzən insanların həlak olmasına və böyük miqyaslı dağıntılara səbəb olur.

nauka.vesti.ru saytının məlumatına görə, elm bu problemin də həll yolunu tapmağa kömək edə bilər. Belə ki, bu yaxınlarda Böyük Britaniyanın Bristol Universitetinin alimi Culyetta Biqsin rəhbərliyi altında vulkanoloqlar komandası “Sentinel-1” peykindən radiolokasiya müşahidələrinin məlumatlarından istifadə etməyi təklif edib. O, bütün, o cümlədən potensial təhlükəli olan vulkanlar haqqında məlumatları toplayır.

Yer kürəsinin orbitindəki yerindən asılı olaraq, aparat hər 6, 12 və ya 24 gün dünyanın vulkanları haqqında informasiyanı yeniləyir. O, daha əvvəl tədqiq olunmuş yerlərdə hərəkət edərək, Yer kürəsinin səthinə qədər məsafəni təkrarən ölçür. Bu metod vulkanların yaxınlığında maqmanın yeraltı hərəkəti nəticəsində torpağın çökməsini və yeni qabarmaları aşkar etməyə imkan verir. Lakin kosmik müşahidələr meteoroloji şərait və seysmik aktiv sahələrdə atmosfer anomaliyaları ilə məhdudlaşır. Belə ki, böyük miqdarda su buxarı təsvirin əhəmiyyətli dərəcədə təhrif edilməsinə və mütəxəssislərin yanılmasına səbəb ola bilər.

Alimlər bu problemlərlə ilk dəfə 2017-ci ilin noyabr ayında İndoneziyanın Bali adasında Aqunq vulkanını müşahidə edərkən  rastlaşıblar. O zaman avqust-noyabr aylarında baş vermiş yüzlərlə kiçik təkan püskürmə barədə xəbər verib.

Biqsin sözlərinə əsasən, bu vulkanın müşahidə edilməsi onun komandası üçün çox faydalı olub. Mütəxəssislər məlumatların təhrif olunmasından “yan keçmək” üsulunu tapıblar ki, bu da vaxtında 140 mindən çox insanı təhlükəli zonadan çıxarmağa kömək edib. Tədqiqatçılar torpağın qonşu vulkana tərəf 10 sm qalxdığını müşahidə ediblər. Bunun sayəsində onlar arasında yeraltı əlaqənin mövcudluğu kəşf olunub.

Hazırda komandanın üzvü, geofizik Fabyen Albino atmosfer maneələrinin öhdəsindən gəlməyə kömək edə biləcək üsulları aşkar etməyə çalışır.

Tədqiqatçı qrupunun təklif etdiyi metodika peyklərdən müşahidə ilə yanaşı, həm də süni intellektlə sonrakı məlumat analizini nəzərdə tutur. Bu, ən kiçik dəyişiklikləri izləməyə, vulkanların hərəkətində qanunauyğunluqları tapmağa, püskürmənin xarakteri və təhlükənin səviyyəsini proqnozlaşdırmağa kömək edəcək.

Alimlər tərəfindən hazırlanmış neyron şəbəkə artıq 900-dən çox vulkanın 30 min təsvirini analiz edib və daha diqqətli tədqiqat üçün 100 təsvir seçib. 39 təsvirdə tədqiqatçılar həqiqətən püskürmə əlamətlərini aşkar ediblər.

Hazırda alimlər alqoritmin işinin keyfiyyətinin yaxşılaşdırılması üçün vulkan püskürmələrinin kompüter modellərinin köməyilə şəbəkəni öyrədirlər. Bu, artıq tanımanın dəqiqliyini iki dəfə artırmağa kömək edib.

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR