Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt düşüncələri nitqə çevirəcək

Süni intellekt düşüncələri nitqə çevirəcək
Sakura

Süni intellekt düşüncələri nitqə çevirəcək

Robotlar üçün fikri şifahi formada ifadə edən alqoritm hazırlanıb. Bu kəşf xüsusilə iflic və lal insanlar üçün faydalı olacaq.

mir24.tv saytının məlumatına əsasən, beyin siqnallarının nitqə çevrilməsi metodu üç tədqiqat qrupu tərəfindən müəyyən edilib.

Bugünədək bu məsələni həll etmək mümkün olmayıb. Onun həlli üçün alimlər ucadan oxuma zamanı, hər hansı sual düşünüldüyü zaman fəallaşan beyin zonalarını müəyyən edərək impulsları dəyişiblər.

Cenevrə Universiteti mütəxəssislərinin sözlərinə görə, bu kəşf insult və ya digər xəstəliyi olan insanlara yenidən ünsiyyət qurmağa kömək edəcək. Bundan əlavə, ekspertlər iddia edir ki, həmin şəxslər nitqi intonasiya ilə ifadə etmək, daha sakit və ucadan danışmaq, eləcə də həmsöhbətin sözünü kəsmək imkanı əldə edəcəklər.

Bütün bunlara baxmayaraq, alqoritm tamamlanmayıb. Məsələn, alimlər danışığın müxtəlif anında yanıb-sönən neyronları ayırmalı, süni intellekti hər bir istifadəçiyə uyğunlaşdırmalıdırlar.

 

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR