Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt Alzheimer xəstəliyini 6 il öncədən proqnoz verir

Süni intellekt Alzheimer xəstəliyini 6 il öncədən proqnoz verir
Sakura

Süni intellekt Alzheimer xəstəliyini 6 il öncədən proqnoz verir

Beynin skan edilməsinin standart metodundan istifadə edən tədqiqatçılar Alzheimer xəstəliyinin erkən mərhələsinin diaqnozunu qoymaq üçün maşın təlimi alqoritmini proqramlaşdıraraq mühim nəticələr əldə ediblər.

Xəstəliyin müalicəsi üçün dərman vasitələri mövcud olmasa da, son illərdə onun inkişafını dayandırmağa kömək edən preparatlar istehsala buraxılıb. Lakin effektiv nəticələr əldə etmək üçün bu müalicələr xəstəliyin erkən mərhələsində aparılmalıdır. Buna görə də, erkən diaqnoz əsas rol oynayır.

Kaliforniya Universitetinin rezidenti, tibb üzrə elmlər doktoru Je Ho Son qeyd edib ki, Alzheimer xəstəliyinin əsas çətinliklərindən biri neyronların bütün klinik əlamətlərin yaranmasından öncə ölməsidir.

J.H.Son apardığı araşdırmalar zamanı neyrovizualizasiya və maşın təlimi metodlarını birləşdirib.

21mm.ru saytının məlumatına əsasən, tədqiqatın gedişində məlub olub ki, diaqnozun qoyulması üçün pozitron emissiya tomoqrafiyası (PET) beyində qlükoza kimi molekulların saxlanmasını ölçür. Bu isə, Alzheimer xəstəliyinin diaqnozu üçün effektiv vasitədir.

Beyin hüceyrələri zədələnib ölən zaman onlar daha az qlükoza sərf edirlər. Bütün bu dəyişiklikləri adi gözlə aşkar etmək çətindir.

Problemi həll etmək üçün J.H.Son maşın təlimi alqoritminə PET-i tətbiq edib. Tətbiq vasitəsilə hətta beyin şişi kimi dəyişiklikləri aşkar etmək mümkün olacaq.

Alqoritm artıq xəstəlik diaqnozu qoyulmuş 92% pasiyenti düzgün müəyyən edib. Bu proqnoz həmin xəstələrin 6 il öncəki rentgen nümunələri əsasında verilib.

 

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR