Slimfit
  1. TƏBİƏT

Sunami

Sunami
Sakura

Sunami

Sunami — okean səthində əsasən güclü sualtı zəlzələ, qismən vulkanik və digər tektonik proseslər nəticəsində yaranan nəhəng su dalğası. Zəlzələnin gücündən asılı olaraq sunami dalğasının böyüklüyü artır və quruda yaşayan insanların yaşayışına təhlükə yaradır.

Etimologiya

"Sunami" sözü yapon dilindən tərcümədə "liman dalğası" mənasını verir.

 

Xüsusiyyətləri

Şəkil:Simulación Tsunami.ogv

3D formatında sunami.

Sunami bir dalğadan ibarət olmur, bir neçə dalğalar ardıcıllığıdır.

Böyük sunamidə bu dalğa ardıcıllığı bir saatdan çox davam edə bilər və bu dalğaların şiddəti və böyüklüyünün getdikcə azalacağına zəmanət verilmir. Sunaminin baş vermə səbəbi dənizaltında baş verən tektonik proseslərdir. Bundan başqa vulkanik partlayışlar, böyük sürüşmələr, dənizaltındakı nüvəpartlayışları və tropik qasırğalar da sunaminin meydana gəlməsinə səbəb ola bilər. Sunaminin şiddəti onun nə qədər dərinlikdə baş verməsindən aslıdır.

Dalğanın yayılma sürəti 50-1000 km/saatdır. Hündürlüyü açıq okeanda 2-3 m, sahilə yaxınlaşdıqca hündürlük artaraq 10-50 m və daha çox olur. Qurunun içərisinə soxularaq böyük dağıntılara səbəb olur. Sunamilərin 80 %-i Sakit okeanda baş verir.

 

Tarixi fəlakətlər

Dənizaltındakı zəlzələlərin sunamiyə gətirib çıxarmağı nəzəriyyəsi ilk dəfə yunan tarixçisi Fukidid tərəfindən irəli sürülüb.

  • Myanmada 2008-ci ildə baş vermiş sunami böyük dağıntılara səbəb olmuş, 200 minə yaxın insan həyatını itirmişdi.
  • Yaponiya sahillərində- 1933, Kamçatkada, Kuril adalarında- 1952 və s. güclü sunamilər faciəyə səbəb olmuşdur.
  • İndoneziyada 2004-cü ildə Hind okeanında baş verən zəlzələ nəticəsində yaranan güclü sunami böyük təlafata səbəb olmuşdur.
  • 2005-ci il 23 avqustda başlanğıcını Atlantik okeanının Baham adalarından götürən Katrina adlanan sunami ABŞ-da Meksika körfəzinin ən gözəl güşəsində, Luiziana ştatının Yeni Orlean şəhərini bütünlüklə su altına aldı. Sunami 23 avqustdan 31 avqusta kimi davam etmiş, həmin zaman küləyin sürəti saatda 280 km-ə çatmışdır. Bu dəhşətli hadisədə ölənlərin sayı məlum deyil, 20000-dən artıq insan itkin düşmüş, 160 mindən artıq ev xarabaya çevrilmişdir. Neft buruqlarının 90%-nin işi dayandı. Hesablamalara görə, 50 mlrd. dollar məbləğində əmlak su altında batdı.

 

Tədbirlər

Sunamini əvvəlcədən təxmin etmək qeyri-mümkündür. Əgər sahildəki sular birdən çəkilsə, bir neçə dəqiqə əvvəldən xəbərdarlıq etmək mümkündür.

2004-cü ildə Hind okeanında baş verən sunamidə yuxarıdakı məlumatı istifadə edən 10 yaşındakı ingilis Tilli Smit yüzə yaxın adamın həyatını xilas etmişdir. Sahil sularının geri çəkilməsinin sunami göstəricisi ola biləcəyini öyrənən Smit ailəsi və ətrafındakıların xilas olmasını təmin etmişdir. Tilli Smit daha sonra BMT-də bu mövzuyla əlaqədar çıxış etmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR