Slimfit
  1. DÜNYA

Sunak: "Britaniya demokratiyası ekstremistlərin hücumu altındadır"

Sunak: "Britaniya demokratiyası ekstremistlərin hücumu altındadır"
Sakura

Sunak: "Britaniya demokratiyası ekstremistlərin hücumu altındadır"

"Britaniya demokratiyası ekstremist qüvvələr, o cümlədən islamçılar və radikal sağ hərəkatlar tərəfindən təhlükə altındadır".

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,Baş nazir Rişi Sunak xalqa gözlənilməz müraciəti zamanı ölkədəki vəziyyəti belə qiymətləndirib.

Eyni zamanda o, Londonda və Britaniyanın digər şəhərlərində Fələstinə dəstək və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatına qarşı tez-tez keçirilən etiraz aksiyalarından öz məqsədləri üçün istifadə edən radikalları sərt şəkildə tənqid edib.

“Son həftələrdə və aylarda ekstremistlər və cinayətkarlar tərəfindən sabitliyin pozulmasının şok edici artımını müşahidə etdik. Küçələrimizdə etiraz aksiyaları kimi başlayan hadisələr hədə-qorxu, təhdid və planlaşdırılan zorakılıq aktlarına çevrilir. Yəhudi uşaqları hansı dini qrupa mənsub olduqlarını açıqlamamaq üçün məktəbli formasını geyinməyə qorxurlar. Müsəlman qadınlar heç bir əlaqəsi olmayan terrorçu qrupların hərəkətlərinə görə küçədə təhqir olunurlar. Bizim demokratiyamız hədəfə çevrilib”, - hökumət başçısı bildirib. O, Britaniya qanunvericilərinə qarşı təhdidlərin sayının artdığını qeyd edib.

“Qorxuram ki, bizim dünyanın ən uğurlu çoxmillətli və çoxkonfessiyalı demokratiyasını yaratmaq kimi böyük nailiyyətimiz qəsdən pozulur”, - deyə Dauninq-strit 10-dakı iqamətgahı qarşısında danışan Sunak bildirib. “Bizim hamımızın birləşərək parçalanma gətirən qüvvələrlə mübarizə aparmağın, bu zəhərə qalib gəlməsinin vaxtı çatıb. Bizi parçalamaq istəyən ekstremistlərə qarşı durmalıyıq”, - deyə baş nazir əlavə edib.

“Bəli, siz bütün ehtirasınızla yürüş edib etiraz edə bilərsiniz, mülki şəxslərin həyatının qorunmasını tələb edə bilərsiniz, lakin zorakı cihada çağıra bilməzsiniz. Həmas kimi qeyri-qanuni terrorçu qrupları dəstəkləməyə haqq qazandırmaq üçün heç bir səbəb yoxdur. Bəli, siz bu hökumətin və əslində istənilən hökumətin hərəkətlərini tənqid etməkdə azadsınız - bu fundamental demokratik hüquqdur. Ancaq siz bunu dövlətin təməlinə zərbə vurmağa, hər hansı bir nifrət və ya antisemitizmə çağırmaq üçün bəhanə kimi istifadə edə bilməzsiniz”, - deyə Sunak əlavə edib.

Bununla bağlı o, “Radikallaşmaya qarşı mübarizə” proqramına, polisə əlavə dəstək göstərəcəyini, universitetlərdə və immiqrantlar arasında ekstremizmlə mübarizə tədbirlərini gücləndirəcəyini vəd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR