Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sümüklərə zərər vuran gündəlik vərdişlər

Sümüklərə zərər vuran gündəlik vərdişlər
Sakura

Sümüklərə zərər vuran gündəlik vərdişlər

Bir çox insan elə düşünür ki, osteoporoz  və sümüklə bağlı digər problemlər daha yaşlı vaxtda meydana çıxır, buna görə gənc vaxtı bu barədə düşünməyə dəyməz. FaktXeber.com-un məlumatına görə elm adamları bu düşüncənin yanlış olduğunu sübut ediblər.

Mütəxəssislər sümüklərə zərər vuran  gündəlik  vərdişlər barədə məlumat veriblər.

Sümüklə problemlər Günəş işığının  və D vitaminin çatışmazlığından ola bilər. Bu vitamin sümükləri müdafiə edir və orqanizmi kalsium udmağa kömək edir. Buna görə elm adamları günəşli günlərdə gəzməyi, yaxud əlavələr kimi D vitaminini qəbul etməyi tövsiyə edirlər.

Oturaq həyat tərzi həmçinin sümüklərin sağlamlığına zərər vura bilər. Çünki insan nə qədər çox hərəkət edərsə, sümükləri o qədər güclü olar. Fiziki məşqlər  nəinki  əzələləri, həmçinin sümükləri möhkəmlədir. 

Tibb işçiləri bundan başqa siqaret vərdişlərindən imtinaya çağırıb. O, təkcə immun sistemə və ciyərlərə zərər vermir. Son günlərdə aparılan araşdırmalar göstərib ki, tütün məhsulları  osteoporoz inkişafı riskini artırır və sümükləri zəiflədir.

Alkoqollu içkilərdən istifadə isə  kalsiumun mənimsənilməsi və sümük hüceyrəsi üçün vacib hormonların istehsalına mənfi təsir göstərir.

Qazlı içkilərin qəbulu da həmçinin sümüklərin zəifliyinə gətirir.

Bundan başqa balanslaşdırılmış qidalanma və sağlam yuxu da sümükləri möhkəmləndirən amillərdəndir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR