Dərc edildi: Baxış sayı: 897
'Sumqayıt'ın qapıçısı: 'Dostlarım koronavirusa yoluxub'
"Dostlarımın və qohumlarımın çoxu koronavirusa yoluxub".
Bunu "Report"a açıqlamasında "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Dağıstandakı durumla bağlı danışarkən deyib.
29 yaşlı qolkiper bildirib ki, xoşbəxtlikdən onların durumları daha pis olmayıb. Cənnətov xəstəxanalarda insanların çox olduğunu söyləyib: "Mənim ailə üzvlərimdən virusa yoluxan olmayıb. Ümid edirəm ki, bu kabus tezliklə bitəcək".
Qeyd edək ki, M.Cənnətov 2017-ci ildən "Sumqayıt"da çıxış edir. Dağıstan əsilli qapıçı 2019-cu ilin sonlarında Azərbaycan millisinin heyətinə dəvət alıb, lakin əsas komandada rəsmi debüt etməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət