Slimfit
  1. AZƏRBAYCAN

Sumqayıtdakı “it ovçularına” kim tapşırıq verib?

Sumqayıtdakı “it ovçularına” kim tapşırıq verib?
Sakura

Sumqayıtdakı “it ovçularına” kim tapşırıq verib?

Sumqayıtda qanunsuz olaraq sahibsiz heyvanların güllənməsi ilə bağlı görüntülər bir neçə il əvvəl çəkilib. Son dövrlər Sumqayıtda belə hadisələrə demək olar ki, rast gəlinmir.

Bu sözləri Axar.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib. O bildirib ki, Sumqayıtda sahibsiz itlər İcra Hakimiyyətinin departamentinin əməkdaşları tərəfindən ərazidən kənarlaşdırılır:

“Həmin görüntülər köhnədir, lakin mətbuatda bu gün yayımlanıb. Sumqayıtda sahibsiz itlər təmizlik departamentinin işçiləri tərəfindən kənar poliqona aparılır və orada saxlanılır. Şəhər rəhbərliyi tapşırıq verib ki, sahibsiz itlər əhalinin təhlükəsizliyinə problem yaradırsa, poliqona aparılsın”.

Qeyd edək ki, Bizimyol.info Sumqayıtda sahibsiz itlərin güllələnməsi ilə bağlı görüntülər yayıb. Görüntülərdə silahlı şəxslər icradan tapşırıq aldıqlarını bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR