Dərc edildi: Baxış sayı: 251
Sumqayıtda yanğın yerinə yaxın ərazilərin qazı dayandırıldı
Sumqayıtda təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İB-in sözçüsü Eldəniz Vəliyev bildirib.
"Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Hadisənin baş vermə səbəbi hüquq-mühafizə orqanlarının istintaqından sonra bilinəcək", - sözçü qeyd edib.
Xatırladaq ki, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binası yanır. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət