Dərc edildi: Baxış sayı: 534
Sumqayıtda uzun müddət sonra beynəlxalq futbol matçı keçiriləcək
Azərbaycan və İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Avropa çempionatının seçmə oyunu Sumqayıtda keçiriləcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma oktyabrın 15-də “Kapital Bank Arena”da təşkil olunacaq. Beləliklə, Sumqayıt şəhəri uzun müddət sonra beynəlxalq oyuna ev sahibliyi edəcək.
Qeyd edək ki, Azərbaycan və İsveçrə 2-ci qrupda yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət