Slimfit
  1. AZƏRBAYCAN

Sumqayıtda tikiləcək xəstəxana üçün tender elan edilib

Sumqayıtda tikiləcək xəstəxana üçün tender elan edilib
Sakura

Sumqayıtda tikiləcək xəstəxana üçün tender elan edilib

2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən tikilməsi üçün tender elan edilib.

Sumqayıt şəhər Səhiyyə Şöbəsindən AZƏRTAC–a bildirilib ki, 1992-ci ildə istifadəyə verilən 2 saylı Sumqayıt Şəhər Xəstəxanası çoxprofilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım müəssisəsi olub. Tibb müəssisəsi təmirə yararsız olduğu üçün tamamilə sökülüb və yaxın müddətdə onun yerində müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.

Xatırladaq ki, 2 saylı xəstəxananın yeni binasının tikintisi Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən aparılır. Sərəncamda Azərbaycanın 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR