Slimfit
  1. CƏMİYYƏT

Sumqayıtda məşqçisi tərəfindən öldürülən məktəblinin anası məhkəmənin qapalı keçirilməsini istəyib

Sumqayıtda məşqçisi tərəfindən öldürülən məktəblinin anası məhkəmənin qapalı keçirilməsini istəyib
Sakura

Sumqayıtda məşqçisi tərəfindən öldürülən məktəblinin anası məhkəmənin qapalı keçirilməsini istəyib

Sumqayıtda məşqçisi tərəfindən öldürülən məktəblinin anası məhkəmənin qapalı keçirilməsini istəyib

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağın qətlində təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Ens.az Lent.az-a istinadən xəbər verir ki,  hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. 

Qətlə yetirilənin yaxınları prosesin açıq keçirilməsinə etiraz ediblər. Bildiriblər ki, ötən prosesdə telekanallardan birinin prosesi çəkib yayması uşağın anası barədə mənfi rəy yaradıb. 

Təqsirləndirilən şəxsin vəkili Anar Qasımlının sözlərinə görə, onlar məhkəmənin açıq keçirilməsinə və çəkiliş aparılmasına etiraz etmirlər:

“Əgər proses çəkilirsə, axıra qədər çəkilsin. Müvəkkilimə qarşı çox ağır ittihamlar irəli sürülüb. Bir sıra həqiqətlərin üzə çıxması üçün çəkiliş istəyirik. Əgər məhkəmənin hansısa hissəsi çəkiləcəksə, istəmirik. Çəkiliş aparılırsa, bütün proseslər ictimailəşdirilsin. Çünki hadisə ilə bağlı yayılmış qısa video ictimaiyyətin qəzəbinə səbəb olub. Bu da sonda təqsirləndirilən şəxsə çox ağır ittihamların verilməsi ilə nəticələndi. Amma işin içində ictimaiyyətə məlum olmayan faktlar var. Elə faktlar var ki, onları ictimaiyyət bilmir. O faktlar açıqlanarsa, məhkəmə prosesi təqsirləndirilən şəxsin xeyirinə həll oluna bilər.  Ona görə də bütün proseslərin çəkilməsini istəyirik”. 

Qətlə yetirilənin anası Aynurə Məlikova isə prosesin qapalı keçirilməsini istəyib:

“Bu işdə mənimlə Mehman Xəlilov arasında söhbətlər var. Bu məsələ bizim ikimizə aiddir. Ona görə də istəyirik ki, proses qapalı keçirilsin”.

Məhkəmədə yerində müşavirə keçirilib və prosesin qapalı keçirilməsi barədə qərar verib. Məhkəmə heyəti hesab edib ki, cinayət işində Aynurə Məlikova ilə Mehman Xəlilov arasında yazışmalar olub və bu prosesdə şəxsi və ailə məsələləri var. 

İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 21-də davam etdiriləcək. 

İttihama görə, bu il aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR