Slimfit
  1. CƏMİYYƏT

Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü

Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü
Sakura

Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Qarnizonun 11 əməkdaşı koronavirusa yoluxub. 

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, pandemiya dövründə Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun əməkdaşlarından COVID-19-a qarşı test nümunələri götürülüb.

Nəticələrə əsasən, 11 əməkdaşda COVID-19-a yoluxma müsbət olub. Həmin şəxslər aidiyyəti üzrə pandemiya əleyhinə xəstəxanalara yerləşdirilib və müalicələrinə başlanılıb. Artıq onlardan doqquzu tamamilə sağalıb, bir nəfər isə evdə izolyasiya tədbirləri ilə müalicəsini davam etdirir.  

Mənbənin verdiyi məlumata görə, virusa yoluxanlardan biri, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Qarnizonunun 119 nömrəli Yanğından Mühafizə bölməsinin manqa komandiri, baş çavuş Abdullayev Əsgər bir neçə gün öncə müalicə aldığı Quba Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Bütün tibbi müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR