Sumqayıt kimyaçıları aztəminatlı insanlara bayram sovqatı paylayıb
SOCAR “Azərikimya” İstehsalat Birliyinin (İB) kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sumqayıtda fəaliyyət göstərən ictimai təşkilatlarda olub, bir sıra imtiyazlı kateqoriyaya aid insanlarla görüşüb, onlara bayram sovqatı çatdırıb.
“Azərikimya” İB-dən AZƏRTAC-a bildirilib ki, Kimyaçılar Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda Cəmiyyətin, Əlillərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının üzvləri, Şəhid ailələri və Qarabağ əlillərinin “Rahib” Xeyriyyə Cəmiyyətinin, respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, həmçinin şəhərin aztəminatlı ailələrinin üzvləri, əmək veteranları və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan bir qrup insanları bayramlar münasibətilə təbrik edərək, onlara kimyaçıların bayram sovqatını çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət