Slimfit
  1. MEDİA

Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi

Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi
Sakura

Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi

Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi.

Universitetin rektoru professor Elxan Hüseynov şura üzvlərini salamladı və iclası açıq elan etdi.

Öncə rektor, professor Elxan Hüseynov son aylarda elmi dərəcə və elmi ad almış əməkdaşları Elmi Şura üzvləri adından təbrik etdi. Onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Sonra iclasın gündəliyi nəzərə çatdırıldı və təsdiq olundu.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar SDU-nun Tədbirlər planı haqqında Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov məlumat verdi. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü hər il SDU-da yüksək səviyyədə təşkil olunur və xüsusi tədbirlər planına uyğun həyata keçirilir. Universitetin Heydər Əliyev Mərkəzində mütəmadi olaraq keçirilən Heydər Əliyev məktəbinin məşğələlərində Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, onun fəaliyyətinin bütün sahələrinin tələbə-gənclərə öyrədilməsi bu dahi şəxsiyyətə SDU rəhbərliyi və kollektivi tərəfindən olan dərin hörmət və ehtiramın təzahürüdür. Dosent Elmar Xəlilov qeyd etdi ki, Ümummilli liderin dövlətimiz, xalqımız qarşısında xidmətləri misilsizdir, 2003-cü ildən bu günədək keçən yola nəzər salsaq Ümummilli liderin siyasi kursunun uğurla davam etdiyini görərik. Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi və nəsildən-nəslə ötürülməsi hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.

Dosent Elmar Xəlilovun məruzəsi Elmi Şura üzvləri tərəfindən geniş müzakirə olundu. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar SDU-nun Tədbirlər planının  bu dahi şəxsiyyətin fəaliyyətinin bütün istiqamətlərini kifayət qədər geniş əhatə etdiyini , məzmun və mahiyyətinə görə mükəmməl formada hazırlandığını qeyd etdilər və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar SDU-nun Tədbirlər planına əlavələr olundu.

Rektor qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində universitetdə “Strateji İnkişaf Mərkəzi” və “İnnovasiya Yaradıcılıq Mərkəzi” fəaliyyətə başlayacaq. Həmçinin Sumqayıt Dövlət Universitetinin inşa ediləcək yeni tədris binasının təməlqoyma mərasimi həyata keçiriləcək.

Sonra “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin   F-709 saylı, 14 dekabr 2022-ci il tarixli əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun SDU-nun Tədbirlər Planı təsdiq edildi.

SDU-nun Strateji İnkişaf  Planının həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə Fəaliyyət Planının yerinə yetirilməsi və 2023-cü il üzrə Fəaliyyət Planının təsdiqi barədə Rektorun müşaviri dosent Zəfər Hüseynov geniş məruzə etdi.Qeyd etdi ki, 2022-ci ilin Fəaliyyət Planı üzrə səmərəli və məhsuldar iş aparılmışdır. Xüsusən Tələbə evinin əsaslı təmiri beynəlxalq standartlara uyğun şəkildə tamamlanmış və istifadəyə verilmişdir.

SDU-nun Strateji İnkişaf  Planının həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə Fəaliyyət Planının yerinə yetirilməsi müsbət qiymətləndirildi və 2023-cü il üzrə Fəaliyyət Planı  təsdiq olundu.

SDU-da “Strateji İnkişaf Mərkəzi”nin yaradılması haqqında məlumat verən dosent  Zəfər Hüseynov  SDU-nun Strateji İnkişaf  Planının hər 5 ildən bir yeniləndiyini və planda çox mühüm, perspektivli, universitetin gələcək inkişafına yönəlmiş hədəflərin planlaşdırıldığını nəzərə çatdırdı. Dosent Zəfər Hüseynov SDU-da Strateji İnkişaf  Mərkəzinin yaradılması məqsədə uyğun olduğunu bildirdi. Aparılan müzakirələrdən sonra  SDU-nun Strateji İnkişaf Mərkəzinin yaradılması haqqında qərar qəbul edildi və Əsasnaməsi təsdiq olundu.

SDU-da Elektron universitetin idarə edilməsi şöbəsinin yaradılması barədə qərar  və Tələbə Evinin  ştat vahidinin ilkin variantı   təsdiq edildi.

Mühəndislik fakültəsinin Proseslerin avtomatlaşdırılması, Metrologiya və standartlaşdırma, İnformasiya və kompüter texnikası kafedralarının adları yeni redaktəyə uyğun olaraq Avtomatika və idarəetmə, Mexanika və nəqliyyat texnologiyaları, Elektronika və kompüter texnikası kafedraları adlandırıldı.

SDU-da təhsildə keyfiyyət təminatına dair 2022-ci ildə görülmüş işlərin yekun hesabatı və 2023-cü ilə dair Fəaliyyət planının təsdiqi barədə Təhsildə Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova ətraflı məlumat verdi. Bildirdi ki, SDU-da təhsildə keyfiyyət təminatına dair 2022-ci il üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilib.

Sonra təhsildə keyfiyyət təminatına  dair 2023-cü il üzrə Fəaliyyət Planı təsdiq edildi.

Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi və bildirdi ki, Elmi Şuraya 8 adda tədris metodik iş daxil olmuşdur. Onlardan 1 monoqrafiya,1 dərs vəsaiti, 6 fənn proqramıdır.Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına qərar verildi.

Sonra Elmi adların verilməsi ilə əlaqədar Elektrotexnika və energetika kafedrasının müdiri, dosent Nadir Hacıbalayevə, İnformasiya və kompüter texnikası kafedrasının dosenti A.S.Hüseynovaya,Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimliyə elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adı verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması məsələsi müzakirə olundu.

Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən onlara dosent elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR