Slimfit
  1. MEDİA

Sumqayıt Dövlət Universitetində vaxtaşırı olaraq orta ümumtəhsil məktəblərin şagirdləri üçün “Açıq qapı” günləri təşkil edilir

Sumqayıt Dövlət Universitetində vaxtaşırı olaraq orta ümumtəhsil məktəblərin şagirdləri üçün “Açıq qapı” günləri təşkil edilir
Sakura

Sumqayıt Dövlət Universitetində vaxtaşırı olaraq orta ümumtəhsil məktəblərin şagirdləri üçün “Açıq qapı” günləri təşkil edilir

Sumqayıt Dövlət Universitetində vaxtaşırı olaraq orta ümumtəhsil məktəblərin şagirdləri üçün “Açıq qapı” günləri təşkil edilir. Bu da gənc nəslin karyerasının müəyyən edilməsində, düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsində böyük əhəmiyyət kəsb edir.
Sumqayıt Dövlət Universitetinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə şəhərimizdə yerləşən orta məktəblərin yuxarı sinif şagirdlərinin universitetlə tanışlıq məqsədi ilə ənənəvi olaraq “Açıq qapı” günü təşkil edildi.
Şagirdləri SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov qəbul etdi. Bildirdi ki,şagirdlər arasında tanıtım məqsədi ilə təşkil olunmuş ekskursiya artıq ənənə halı alıb. Belə ekskursiyalar vasitəsilə şagirdlər ixtisas seçimini müəyyənləşdirir, gələcəkdə hansı təhsil müəssisəsinin tələbəsi adını qazanmaq qənaətinə gəlir, seçdikləri ixtisasların əmək bazarında yerini təyin edir.
Prorektor şagirdlərə universitet, onun perspektivləri və üstünlükləri haqqında ətraflı məlumat verdi. O, universitetdə tələbələr qarşısında qoyulan tələblərlə yanaşı, onlara yaradılan geniş imkanlardan söz açdı. Bildirdi ki, hər bir ali təhsil müəssisəsinin özünəməxsus keçmişi, bugünü və gələcəyi vardır. Sumqayıt Dövlət Universiteti bu gün qazandığı nailiyyətləri qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran bir təhsil ocağıdır. Hazırda universitetimizdə 3 Dissertasiya Şurası fəaliyyət göstərir, onların hər birində 2 ixtisas üzrə ümumilikdə isə 6 ixtisas üzrə dissertasiya işlərinin müdafiəsi həyata keçirilir. İdarəetmə sistemində yeni yanaşmalar təhsilin, elmin inkişafına, müasir texnologiyaların tətbiqinə zəmin yaradır. Əldə etdiyi uğurlarla SDU nəinki dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə, həmçinin Rusiya, Türkiyə, Macarıstan, Avstriya, Finlandiya, İspaniya, İsveç, Litva, Almaniya, Polşa, Qazaxıstan, Gürcüstan və digər ölkələrin aparıcı universitetləri ilə təhsil sahəsində sıx əməkdaşlıq edir. Hazırda tələbələrimiz intellektual yarışlarda, respublika və beynəlxalq fənn olimpiadalarında, beynəlxalq forumlarda və elmi konfranslarda fəal iştirak edirlər. Heç təsadüfi deyil ki, SDU-nun məzunları respublikamızın müxtəlif müəssisələrində uğurla çalışırlar və onların fəaliyyəti haqqında universitetə çoxlu sayda təşəkkür məktubları daxil olur. SDU-nu yüksək akademik göstəricilərlə bitirən tələbələr universitetdə işlə təmin olunur. Universitetimizi bitirmiş minlərlə məzunlarımız müxtəlif idarə, müəssisə, təşkilatlarda yüksək vəzifələrdə çalışır. O cümlədən, universitet məktəblərlə də əlaqələrini genişləndirir. Bu istiqamətdə tələbələrimiz orta ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olur, qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayırlar. Bu gün universitetin 3 tədris binası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin elmi kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, Tələbə Klubu nəzdində rəqs, qiraət kimi özfəaliyyət dərnəkləri, Debat-natiqlik klubu, şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq, qılıncoynatma idman zalı da daxil olan geniş idman kompleksi var. SDU-nun tələbə evi (tələbə yataqxanası) yüksək səviyyədə, yüksək zövqlə, beynəlxalq standartlara uyğun, bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla yenidən qurulmuş və tələbələrin istifadəsinə verilmişdir.
Dosent Elmar Xəlilov çıxışının sonunda şagirdlərə gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq, ölkəmizin layiqli vətəndaşı olmağı arzu etdi.
Sonra şagirdlər universitin tədris binalarını gəzdilər, Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələrdə, auditoriyalarda, laboratoriyalarda, Elmi kitabxana, tədris otaqlarında və İdman zalında oldular. Həmçinin universitetin həyətində inşa edilən şahmat lövhəsi, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulan köşklərlə və burada yaradılan şəraitlə yaxından tanış oldular.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR