Slimfit
  1. MEDİA

Sumqayıt Dövlət Universitetində Distant Təhsil

Sumqayıt Dövlət Universitetində Distant Təhsil
Sakura

Sumqayıt Dövlət Universitetində Distant Təhsil

Təhsil hər birimizin həyatında önəmli faktorlardan biridir. Ulu öndərin də dediyi kimi " Təhsil millətin gələcəyidir" 

Ölkəmizdəki hal- hazırki vəziyyətlə əlaqədar olaraq universitetlər, məktəblər, təlim- tərbiyə mərkəzləri Covid-19 virusuna görə bağlıdır. Lakin bu vəziyyət təhsilin inkişafına maneə törədə bilmədi. Nazirlər Kabinetinin sərəncamına əsasən hər bir təhsil müəssəsində elektron dərslərə başlanıldı. Təbii ki, Sumqayıt Dövlət Universiteti də bu sərəncama əsasən elektron dərslərə başlamışdır. Tədrisin bütün komponentlərinin onlayn həyata keçirilməsi üçün universitetdə bütün texniki imkanlar mövcuddur. Elektron dərslərin keçirilməsi universitetin rektoru professor Elxan Hüseynovun, xüsusilə də fakültə dekanlarının, dekan müavinlərinin daim diqqət mərkəzində saxlanılır. Bütün fakültələr elektron dərslərin keçirilməsi ilə bağlı təlimatlandırılmışdır. Həmçinin tələbə ilə müəllimlər arasında elektron mübadilə, mühazirələrin müzakirəsi həyata keçirilir. Belə ki, tələbələrin  dərslə bağlı sualları onlayn yazışma şəklində  müəllimlər tərəfindən cavablandırılır.

Elektron dərslərin təşkilində universitetin rektoru professor Elxan Hüseynov başda olmaqla bütün müəllimlərin rolu danılmazdır. Elektron dərslərin keçirilməsində " Tarix və Coğrafiya " fakültəsi də xüsusilə seçilir. Fənlərin onlayn tədrisi uğurla davam etdirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR