Slimfit
  1. MƏDƏNİYYƏT

Sumqayıt Dövlət Dram Teatrında premyera olub

Sumqayıt Dövlət Dram Teatrında premyera olub
Sakura

Yenicə 50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram Teatrı repertuarını zənginləşdirməkdədir

Yenicə 50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram Teatrı repertuarını zənginləşdirməkdədir.

Teatrdan Trend-ə verilən məlumata görə, bu gün Rus xalq nağılı əsasında səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası olub.

Kiçik yaşlı tamaşaçılar və məktəblilərin həm əylənib, həm də öyrənmələrini təmin edən nağıl tamaşada obrazların timsalında ağıl və gücün müqayisəsi aparılır.

Tamaşadan öncə teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov, Texniki və Təbiət Elmləri Liseyinin direktor müavini Ətrabə Tağıyeva, quruluşçu rejissor Ayla Osmanova tamaşaçıları salamlayıb, yeni mövsüm və yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik etdilər.Daha sonra tamaşa nümayiş edildi. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və Elmir Mehdiyev ifa edirlər.

Sumqayıt Dövlət Dram Teatrı yaxın günlərdə daha bir yeni tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR