Dərc edildi: Baxış sayı: 698
Sumqayıt - Bakı yolunda güclü tıxac yaranıb
Bu gün səhər saatlarından Sumqayıt - Bakı yolunda güclü tıxac yaranıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, tıxac magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, yolun bir tərəfində qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi tıxaca səbəb olub. Əraziyə DYP əməkdaşları cəlb olunub.
Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət