Slimfit
  1. BİOQRAFİYA

Sultan Səncər

Sultan Səncər
Sakura

Sultan Səncər - Səlcuqlu sultan

Həyatı

Sultan Məhəmməd Təpərin ölümündən (1118-ci il) sonra Mahmud, onun qardaşları Məsud, Toğrul və əmisi Sultan Səncər arasında hakimiyyət uğrunda uzunmüddətli mübarizə başlandı. Sultan Səncər Sultan elan olundu, Mahmud isə bütün imperiyanın varisi təyin edildi. Öz oğlu Davudun adına Azərbaycanda və digər ərazilərdə xütbə oxunması haqqında əmr verən Mahmudun ölümündən (1131-ci il) sonra onun qardaşı Səlcuq da hakimiyyət uğrunda mübarizə aparmağa başladı. 1132-ci ildə Sultan Səncər Həmədan yaxınlığında Məsud və Səlcuqun birləşmiş qoşununu darmadağın etdi. Səlcuq şahın taleyi naməlum qaldı. Məsud qaçsa da, sonradan Sultan Səncər onu bağışladı. Məsud tezliklə Sultan Səncər tərəfindən vəliəhd elan olunmuş II Toğrulun tutduğu Azərbaycan ərazisinə yiyələndi.

Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir".

Sultan Səncər 1157-ci ildə əsirlikdə öldü.

Sultan Səncər və mədəniyyət

12 əsr Azərbaycan şairi Məhsəti Gəncəvi yaradıcılığının ən məhsuldar dövrünü Sultan Mahmud Səlcuqinin və onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirmişdir. Fars dilində, əsasən, rübai janrında yazmışdır. Ədəbi irsi dövrümüzədək tam halda gəlib çatmamışdır. 13-15 əsrlərə aid cüng və təzkirələrdə iki yüzə yaxın rübaisi və bir neçə başqa lirik şeri saxlanılmışdır. Yalnız öz dövründə deyil, sonralar da görkəmli rübai ustası kimi tanınmış, bu isə bəzən başqa sənətkarların rübailərinin də ona aid edilməsinə səbəb olmuşdur. Məhəbbət lirikası yaradıcılığında əsas yer tutur.

 

Məktubları

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR